Qazaxıstan – Qırğızıstan ədəbiyyatı müzakirə olundu - FOTO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günü “Qazaxıstan – Qırğızıstan Günü” ilə başlayıb.

Bizim.Media xəbər verir ki, Türk xalqlarının zəngin ədəbi-mədəni irsinə həsr olunmuş tədbirdə öncə Qazaxıstan və Qırğızıstan respublikalarının Dövlət Himnləri səsləndirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Gülmaya Feyruzqızı yaradıcılığını Vətənə həsr etdi - FOTO


Günün aparıcısı Nadir Yalçın iştirakçıları salamlayaraq Türk dünyasının ortaq mənəvi dəyərlərinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

“Qazaxıstan – Qırğızıstan ədəbiyyatı” adlı panelin moderatoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli olub.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizami Tağısov, Əl-Fərabi adına Qazax Milli Universitetinin dosenti Baxtıgül Kuljanova və Nurbolat Boqanbayev qazax və qırğız ədəbiyyatının tarixi inkişaf mərhələlərindən, ortaq Türk düşüncə sistemindən və milli-mənəvi yaddaşın formalaşmasında folklorun rolundan bəhs ediblər.
 

Çıxışlarda xüsusilə “Manas” dastanının Türk xalqlarının qəhrəmanlıq salnaməsi kimi mühüm əhəmiyyət daşıdığı qeyd edilib. Bildirilib ki, bu möhtəşəm epos yalnız qırğız xalqının deyil, ümumilikdə Türk dünyasının mənəvi xəzinəsinə daxildir. Eyni zamanda dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun və qazax şairi Oljas Süleymenovun yaradıcılığına geniş yer ayrılıb.


Onların əsərlərində milli kimlik, insan mənəviyyatı, tarix və müasirlik məsələlərinin yüksək bədii səviyyədə əks olunduğu vurğulanıb.

Tədbirdə qeyd edilib ki, qazaxlar, qırğızlar və noqaylar uzun illər boyu ədəbiyyatlarını əsasən şifahi xalq yaradıcılığı vasitəsilə yaşadıblar. Dastanlar, nəğmələr, atalar sözləri və xalq rəvayətləri bu xalqların milli yaddaşının əsas daşıyıcısı olub.

Bildirilib ki, xüsusilə sovet dövründə çap olunan kitablar və aparılan elmi tədqiqatlar vasitəsilə Türk dünyasının bu unikal mənəvi dəyərlərini əks etdirən ədəbi nümunələr daha geniş şəkildə dünyaya təqdim olunub.

Panel iştirakçıları Türk xalqları arasında ədəbi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bu cür tədbirlərin ortaq Türk irsinin tanıdılması baxımından mühüm rol oynadığını bildiriblər.






Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO