Türk dünyasının ziyalılarını bir araya gətirən festivalın AÇILIŞ mərasimindən FOTOREPORTAJ

Bakıda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirildi. Mərasimdə ilk olaraq Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Mətbuat şurasının sədri Rəşad Məcid, millət vəkili Elçin Mirzəbəyli, eləcə də Türkiyə, Özbəkistan və digər türkdilli ölkələrin ədəbiyyat nümayəndələri, ziyalıları iştirak etdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident mükafatçısı Jalə Rzabəylinin imza günü KEÇİRİLİB


Çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli qeyd etdi ki, bu festival türk dünyasının ortaq ədəbi və mədəni dəyərlərinin təbliği baxımından mühüm platformaya çevrilib.

Artıq altıncı dəfə keçirilən festival təkcə Azərbaycanda deyil, qardaş türk dövlətlərində də böyük maraq və coşqu ilə qarşılanır. Müşahidələr göstərir ki, bu festivallar alimlər, yazıçılar, şairlər, akademik qurumlar və universitetlər arasında əlaqələrin inkişafına ciddi töhfə verir.

Festival çərçivəsində yaranan münasibətlər sonradan ortaq layihələrin, birgə nəşrlərin və beynəlxalq əməkdaşlıqların formalaşmasına zəmin yaradır.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxış edərək “dildə, fikirdə, işdə birlik” prinsipinin artıq real əməkdaşlıq müstəvisində həyata keçdiyini qeyd etdi. 2021-ci ildə Türk Dövlətləri Təşkilatının yaradılmasından sonra elm, təhsil, mədəniyyət və ədəbiyyat sahələrində əməkdaşlığın daha da gücləndiyi diqqətə çatdırdı. Türkiyə, Özbəkistan və digər qardaş ölkələrdən olan nümayəndələrin festivalda fəal iştirakını xüsusi vurğuladı. Bildirdi ki, türk dünyası bu gün bir millət altı dövlətdir.

Mərasimdə çıxış edən Mətbuat şurasının sədri Rəşad Məcid, millət vəkili Elçin Mirzəbəyli, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi xanım Ufuk Turqaner, V Türk dünyası ədəbiyyat festivalının keçirildiyi Qaziantep şəhərinin vali yardımçısı Bülent Uyqur, eləcə də Özbəkistandan olan natiqlər qeyd etdilər ki, kitab və ədəbiyyat türk xalqlarını birləşdirən ən vacib körpülərdən biridir. Əcdadların keçmişdə ortaq düşüncə və iradə ilə böyük dəyərlər yaratdıqları kimi, bu gün də alimlərin, yazıçıların və ziyalıların missiyası kitab və fikir vasitəsilə türk dünyasının ortaq gələcəyini formalaşdırmaqdır.

Bildirildi ki, müasir dövrdə inkişaf yalnız texnoloji yeniliklərlə deyil, milli-mənəvi dəyərlərin qorunması ilə ölçülür. Türk dünyasının birliyi də ortaq tarixə, dilə və mədəniyyətə söykənir.

Çıxış edənlər festivalın gələcək nəsillər üçün ortaq mədəni yaddaşın qorunmasına, kitab oxuma ənənəsinin inkişafına və türk dünyası arasında mənəvi bağların daha da güclənməsinə xidmət etdiyini bildirdilər.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza mərasim iştirakçılarının diqqətinə çatdırdı ki, festival çərçivəsində təqdimatlar, imza günləri, panel müzakirələri və müxtəlif görüşlərin keçiriləcək.

Mərasim İrəvan xalq çalğı alətlərinin müşayiətində bədii hissə ilə davam etdi.


























Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

End of content

No more pages to load

RADİO