2026-cı il mayın 18-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi tərəfindən qlobal şəhərsalma fəlsəfəsinə yeni baxış bucağı gətirən “Mikro sənətdən memarlığa” adlı tematik sərgi keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən verilib.
Qeyd olunub ki, sərgi tarixi irsi statik arxiv materialından çıxarıb müasir şəhərlərin gələcək simasını müəyyən edən dinamik layihə resursuna çevirmək konsepsiyası ilə iştirakçıların böyük marağına səbəb olub.







Bizim.Media