Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.
Bizim.Media “Apa”-ya istinadən xəbər verir ki, sədr postuna iki namizəd var.
Bunlar Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarovdur.
Kinematoqrafçılar İttifaqından isə yaxın vaxtda sədrliyə namizədlər haqqında mətbuata açıqlama veriləcəyi bildirilib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.
Bizim.Media