Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

Dahi bəstəkar və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında genişmiqyaslı elmi-praktiki konfrans və konsert proqramı keçirilib.

Bizim.Media xəbər verir ki, konfransda tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, deputatlar, mətbuat nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyli irsinin müasir dövrdə aktuallığını və gənc bəstəkarların yaradıcılığına göstərdiyi fundamental təsirini vurğulayıb:

"Sənətdə varislik prinsipi biz bəstəkarlar üçün mənəvi bir borcdur. Bizim bugünkü yaradıcılığımız, kamera-instrumental əsərlərimizdəki axtarışlarımız Üzeyir bəy klassikasından qidalanan budaqlardır.

Konfrans dahi bəstəkarın 140 illik yubileyinə gedən yolda bizim elmi və bədii hesabatımız, onun ruhuna olan səmimi ehtiramımızın ifadəsidir. Musiqi tariximizin qurucusu Üzeyir Hacıbəyliyə həsr olunmuş hər bir addım bizi öz köklərimizə daha da bağlayır".

Daha sonra çıxış edən millət vəkili Aydın Mirzəzadə Azərbaycan xalqının Üzeyir Hacıbəylinin ölməz irsinə olan ehtiramından söz açıb:

"Üzeyir bəy sadəcə dahi bəstəkar deyil, o, Azərbaycanın milli kimliyini notların dili ilə dünyaya tanıdan böyük bir maarifçi və ictimai xadim idi. Mən bu gün proqramla tanış olarkən çox qürurlandım. Görürəm ki, burada həm dərin fəlsəfi məruzələr səslənir, həm də gənc ifaçılarımız dahi bəstəkarın əsərlərinə yeni nəfəs verirlər.

Xüsusilə "Müasir Azərbaycan bəstəkarlarının Üzeyir Hacıbəyli irsinə baxışı" mövzusu olduqca əhəmiyyətlidir. Bu, onu göstərir ki, Üzeyir bəyin qoyduğu təməllər üzərində ucalan Azərbaycan musiqisi bu gün də yaşayır, inkişaf edir və müasir bəstəkarlarımız üçün tükənməz bir mənbədir. Dövlətimiz hər zaman sənət adamlarına, mədəniyyətimizin tədqiqatçılarına böyük diqqət və qayğı ilə yanaşıb.

Bəstəkarlar İttifaqının bu cür elmi-bədii tədbirlər təşkil etməsi, gənc musiqişünasların fəaliyyəti bizim mənəvi sərvətlərimizin gələcək nəsillərə ötürülməsində müstəsna rol oynayır".
 

Konfransın elmi hissəsində musiqişünaslığın aktual problemlərini əks etdirən geniş məruzələr dinlənilib. Bəstəkarlar İttifaqının katibi İlahə Qismət müasir bəstəkarların yaradıcılığında dahi sənətkara həsr olunmuş simfonik əsərlərin bədii-estetik xüsusiyyətlərini təhlil edib.


Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı müasir musiqişünaslıq elmində Üzeyir Hacıbəyli irsinə dair aparılan yeni tədqiqatların elmi əhəmiyyətindən bəhs edib.

Bəstəkarlar İttifaqının Mətbuat xidmətinin rəhbəri Aysel Kərim müasir bəstəkarların Ü. Hacıbəyliyə həsr etdiyi kamera-instrumental əsərləri mövzusunda məruzə ilə çıxış edərək, bu əsərlərin janr və üslub zənginliyini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində müasir Azərbaycan bəstəkarlarının yaradıcılıq nümunələri səsləndirilib.
 

Sara Dilruba, Lalə Əhmədova və Üzeyir Məmmədovun bəstələri beynəlxalq müsabiqələr laureatları və istedadlı gənclər tərəfindən yüksək peşəkarlıqla ifa olunub. Həmçinin proqramda Üzeyir Hacıbəyli- “Arşın mal alan“ əsərlərindən parçalar səsləndirilib.


Qeyd edək ki, konfrans Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində keçirilib.










Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO