95 yaşlı qocaman şair Nəriman Həsənzadənin səhhəti hazırda yaradıcılıqla məşğul olmasına imkan vermir.
Bizim.Media xəbər verir ki, bu barədə Pravda.az-a onun yaxınları məlumat verib.
Bildirilib ki, Nəriman Həsənzadə evində müalicə alır:
“Şairin sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bir gün yaxşı olsa da, növbəti gün halsızlıq problemləri olur. Hazırda evdə müalicəsi davam edir. Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir”.
Xatırladaq ki, Nəriman Həsənzadə ötən il səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilmişdi.
Bizim.Media