Dövlət mühafizəsinə götürülən mədəni nümunələrin SAYI AÇIQLANDI – FOTO

Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.

Bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Bizim.Media-ya məlumat verilib.
 

İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert Şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə məlumat verib. O bildirib ki, bu günə qədər Ekspert Şurasında müzakirə edilən 681 abidə və yeni aşkar edilmiş nümunəyə dair qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb.


Ümumilikdə isə 4000-ə qədər abidə və yeni aşkar edilmiş nümunə barədə Ekspertiza aktı hazırlanıb. Toplanmış materialların mərhələli şəkildə Ekspert Şurasında müzakirə edilməsi planlaşdırılır.

Həmçinin, Bakı şəhəri, Yasamal rayonunda yerləşən 31 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq olunması üçün aidiyyəti üzrə təqdim olunub.

Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib.

Bildirib ki, dövlət mühafizəsində olan daşınmaz tarix-mədəniyyət abidələrinin mövcud siyahısındakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsinə götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 

İclasda 4 şəhər və 15 rayon üzrə 70 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət mühafizəsində olan 10 abidənin məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub.


Sözügedən məsələ ilə bağlı Şura üzvlərinin rəy və təklifləri dinlənilib, tarixi, memarlıq və arxeoloji əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.

Qeyd edək ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş nümunə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.







Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO