Yaddaşlarda yaşayan “İsmayıl” - 80-nə çatdı... - FOTO

Bu gün Azərbaycan kinosunun yaddaşlara həkk olunmuş simalarından biri, “İsmayıl” obrazı ilə qəlblərdə yaşayan Ceyhun Mirzəyevin doğum günüdür.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, yaşasaydı, mərhum sənətçinin 80 yaşı olacaqdı.

1946-cı il aprelin 9-da Ağdamın Abdal-Gülablı kəndində dünyaya gələn Mirzəyev hələ uşaqlıq illərindən taleyini sənətə bağlamışdı. Onun kino ilə tanışlığı təsadüfi deyildi, sanki bu yol onun üçün əvvəlcədən yazılmışdı.

Cəmi 11 yaşı olarkən ilk dəfə kamera qarşısına çıxaraq “Görüş” filmində kiçik bir obraz yaratdı.
 

Lakin bir il sonra çəkildiyi “Ögey ana” filmində canlandırdığı İsmayıl obrazı onu bir anda tamaşaçıların sevimlisinə çevirdi. Bu rol sadəcə bir uşaq obrazı deyildi, o, səmimiyyətin, saf duyğuların simvoluna çevrildi və illər keçsə də unudulmadı.


Təhsilini Azərbaycan Dövlət İncəsənət İnstitutundə alan sənətkar daha sonra Moskvada davam etdirib. Onun 46 illik ömrünün böyük bir hissəsi, düz 35 ili kino ilə bağlı idi.

Mirzəyev təkcə aktyor kimi deyil, rejissor və yaradıcı şəxsiyyət kimi də özünü təsdiqləyir. O, “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışır, bir sıra filmlərə quruluş verir.
1962-ci ildə rusiyalı rejissor Georgi Koltunovun çəkdiyi “Qara qağayı” filmində baş rolda çıxış edərək peşəkarlığını bir daha nümayiş etdirir.

Onun yaradıcılığında xüsusi yer tutan layihələrdən biri də məşhur “Mozalan” kinojurnalı olur.

Aktyor bu satirik layihənin bədii rəhbəri olmaqla yanaşı, bir çox süjetlərin müəllifi idi. Hətta “Mozalan”ın məşhur vızıltı səsinin də ona məxsus olması onun qeyri-adi istedadının daha bir göstəricisi idi.

Sənətkarın son işi Qarabağ müharibəsinin ağrı-acısını əks etdirən “Fəryad” filmi olur.

“Ögey ana” filmində yadda qalan balaca İsmayıl artıq böyümüş, həyatın sınaqlarından keçmiş, ailə sahibi bir insandır. İsmayıl burada batalyon komandiri kimi Vətən uğrunda döyüşən bir qəhrəmandır.

Təəssüf ki, o, bu filmin premyerasını görə bilmir. Lakin məhz bu əsərinə görə “Bakılı” cəmiyyətinin “Humay” mükafatına layiq görülür.

1994-cü il martın 5-də, cəmi 46 yaşında qəfil ürək çatışmazlığından dünyasını dəyişən sənətkar Yasamal qəbiristanlığında dəfn olunub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO