Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirilib

Akademik Opera və Balet Teatrı son günlər baş verənlərlə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, teatrdan bildirilib ki, ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib.

"Xalq artisti Əvəz Abdullayev Azərbaycanı xaricdə layiqli şəkildə təmsil edən sənətçilərdən biridir. Daimi yaşayış yeri Almaniyadır. Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur".
 

Həmçinin qeyd olunub ki, Əvəz Abdullayevin sənətinə və peşəkar yaradıcılığına yüksək qiymət verilir və onun gələcək fəaliyyətində yeni uğurlara imza atacağına inam ifadə olunur. Onun Almaniyada işlədiyi "Nationaltheater Mannheim" teatrında Azərbaycanı layiqincə təmsil etməyinə əminliyimizi vurğulayırıq.


Xalq artisti Yalçın Adıgözəlov haqqında qeyd edirik ki, o, yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən, böyük hörmət bəslənilən sənətkardır. O, Niyazı adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilmişdir. Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Teatrın solisti Atəş Qarayevə münasibətdə isə teatr tərəfindən müxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də 44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyük həssaslıqla yanaşılmış və daim müvafiq dəstək göstərilmişdir. O cümlədən, Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə iştirakı üçün hər cür zəruri dəstək göstərilmişdir.
 

Bununla yanaşı, əmək intizamı ilə bağlı teatrda son dövrlər ciddi islahatlar aparılmaqdadır. Keçirilən yoxlamalar nəticəsində məlum olmuşdur ki, 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız 4 gün işdə olmuş, 2026-cı ilin yanvar ayında işdə ümumiyyətlə olmamış, fevral ayında isə 24 iş günündən 11 gün işdə olmuşdur. Bu səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraq əməkhaqqında müvafiq tutulma aparılmışdır.


Daha sonra xatırlarmaq istəyirik ki, bu ilin yanvar ayında Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının premyeras baş tutmuşdur. Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilmişdir.Azərbaycan yaradıcı kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilmişdir.

Qastrol çərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi və qidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə ayrıca ezamiyyə xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmamışdır. Qonorar ödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyə vəsaitləri köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddət - 60 iş günü ərzində həyata keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən məlumatlandırılmışdır.
 

Diqqətinizə çatdırmaq istəyirik ki, bu ödənişlər artıq gerçəkləşdirilib. Teatr rəhbərliyi olaraq əsas prioritetlərimizdən biri teatr kollektivinin həm peşəkar inkişafının, həm də maddi-sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə beynəlxalq layihələrdə iştirakın genişləndirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi və yaradıcı heyətin sosial təminatının, rifahının daha da gücləndirilməsi qarşımıza əsas hədəf kimi qoyulmuşdur.


Eyni zamanda bildiririk ki, teatrın əsas səhnəsində yenilənmə işlərinin davam etməsinə baxmayaraq, kollektiv yaradıcılıq fəaliyyətini fasiləsiz şəkildə davam etdirir. Belə ki, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası yeni quruluşda təqdim olunmuşdur, "Koroğlu" operası bərpa edilmişdir.

İlk dəfə səhnələşdirilən Musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan "Nəsimi" operası sənətsevərlər üçün əlamətdar bir hadisəyə çevrilmişdir.

İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan "Opera günləri", eləcə də "Balet günləri" təşkil olunmuşdur. 2026-cı ilin mart ayı üzrə ölkənin əksər bölgələrinə qastrol proqramı, o cümlədən Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə etmiş, martın 28-də Mingəçevirdə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettası nümayiş etdirilmişdir. Bununla yanaşı, teatr tərəfindən Cüzeppe Verdinin "Aida" operasının təqdimatı olmuşdur.
 

Teatrın maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, müasir tələblərə cavab verən yeni avadanlıq və musiqi alətləri ilə təmin edilmişdir. Dövlət-özəl, tərəfdaşlıq prinsipləri, habelə sponsorluq əsasında texniki imkanların genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılmışdır.


Ümumilikdə qeyd etmək istərdik ki, teatr tərəfindən əməkdaşlarla bağlı qərarlar mövcud qanunvericilik, təşkilati zərurətlər və peşəkar fəaliyyət meyarları əsasında qəbul edilir. Teatrın fəaliyyəti şəffafdır və həyata keçirilən layihələr, tamaşalar və beynəlxalq əməkdaşlıqlar ictimaiyyət üçün açıq mənbələrdə öz əksini tapır.

Mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki, kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrə həyata keçirilir. Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar və spekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumi mənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasında qiymətləndirilməlidir.
 

Eyni zamanda bildiririk ki, kollektiv daxilində əmək münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları, intizam tədbirləri və digər təşkilati proseslər baş verə bilər. Bu kimi məsələlərin hamısı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə, müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir və müvafiq qaydada, sivil və hüquqi çərçivədə həll olunur.


Son olaraq bildiririk ki, Azərbaycan teatrının çoxşaxəli layihələrinin həyata keçirilməsi, gənc nəslin bu sahəyə davamlı şəkildə cəlb olunması, yeni tamaşaların hazırlanması və bilet satışlarının artması Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keyfiyyət yönümlü institusional dəyişikliklərin baş verdiyini göstərir. Bu dinamika, öz növbəsində, tamaşaçı marağının və məmnuniyyət səviyyəsinin yüksəlməsinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO