Gəncəyə həsr edilən sənədli film - VİDEO

"Anewz" televiziya kanalı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə həsr edilmiş “WUF13 | World Urban Forum: Ganja” adlı sənədli film təqdim edib.

Bizim.Media xəbər verir ki, filmdə Gəncə şəhəri həm tarixi-mədəni irsi, həm də müasir inkişafı kontekstində təqdim olunur.

Bildirilir ki, şəhər təkcə Azərbaycanın deyil, bütövlükdə regionun mühüm elmi, mədəni və ticarət mərkəzlərindən biri kimi formalaşıb.

Ekran işində dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi xüsusi vurğulanır və onun doğma şəhərinin tarixindəki rolu geniş şəkildə göstərilir.

Sənədli filmdə Gəncənin multikultural mühiti, tolerant cəmiyyəti və İpək Yolu üzərində yerləşməsi sayəsində formalaşmış zəngin ənənələri diqqətə çatdırılır.

Eyni zamanda şəhərin müasir siması, urban inkişafı, infrastruktur layihələri və yüksək həyat keyfiyyəti də ön plana çıxarılır.
 

Ekran işində Gəncənin əsas görməli məkanları – Nizami Gəncəvi məqbərəsi, Şah Abbas kompleksi, İmamzadə kompleksi, Heydər Əliyev Parkı, Xan bağı, eləcə də Gəncə qapıları və şəhərin digər tarixi abidələri nümayiş etdirilir.


Bununla yanaşı, Göygöl rayonu və Göygöl Milli Parkı kimi ətraf bölgələrin təbii gözəlliklərinə də yer verilib.

Filmdə müxtəlif sahələri təmsil edən yerli ekspertlərin və rəsmi şəxslərin fikirləri təqdim olunub.

Onlar Gəncənin inkişaf perspektivləri, elmi və mədəni potensialı, həmçinin region üçün strateji əhəmiyyəti barədə danışırlar.

Qeyd olunub ki, layihə Gəncənin beynəlxalq platformalarda tanıdılması və şəhərin turizm, mədəniyyət və iqtisadi imkanlarının geniş auditoriyaya çatdırılması məqsədi daşıyır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO