Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

“Mən Şuşada kinoteatr olan məhəllədə yaşayırdım. Təxminən yeddinci sinifdə oxuduğum vaxtlarda kinoteatrlara “Nəsimi” filmi və filmin afişaları gəlmişdi. Dayım da orada çalışdığı üçün mənə həmin afişalardan gətirmişdi. Getdim filmə baxdım. Onsuz da istəyirdim, ancaq filmdən sonra qərara gəldim ki, aktrisa olacağam”.

Bizim.Media xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova mərhum aktyor Rasim Balayevlə bağlı xatirələrini bölüşərkən deyib.

“Ən böyük arzum Rasim Balayevi görmək idi. Hətta ona məktub da yazmışdım. İkinci kursda olanda isə onunla şəkil çəkdirmişdim. Həmin fotonu da paylaşmışam.
 

İllər keçdi. Mən təhsil aldığım universitetin həyətində olan zaman Rasim Balayev gəlib, yazdığım məktubu saxladığını bildirdi. Təəccübləndim. Hansı məktub olduğunu soruşdum. Cavabında “Sən mənə yazmısan. Köçəndə evdəki məktublara baxırdıq. Sənin adını gördüm və saxladım” dedi. Onda mən artıq sənətdə tanınırdım”, - aktrisa bildirib.


Əməkdar artistin sözlərinə görə, Rasim Balayevlə bir filmdə çəkilmək onun ən böyük istəyi idi:

“Biz “Qala” filmində tərəf müqabili olduq. Rasim bəyin həyat yoldaşı və nəvəsi də orada idi. O, çox gözəl insan, gözəl tərəf müqabilidir. Nə yaxşı ki, mən həmin anları yaşayıb, filmdə çəkilmişəm.

Rasim bəy mənə son dəfə qardaşım rəhmətə gedəndə zəng edib, başsağlığı vermişdi. Onunla hərdən danışırdıq, tədbirlərdə görüşürdük. Bütün sənət adamlarına qarşı istiqanlı, mehriban idi. O, əsl Azərbaycan kişisi və sözün düzünü deyən insan idi. Rasim Balayevin ailəsinə və doğmalarına səbr diləyirəm. Doğrudan da böyük itkidir. İtirdikdən sonra başa düşürük ki, kimi itirmişik. Allah rəhmət eləsin!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO