“Qış nağılı” Beynəlxalq Musiqi Festivalı yekunlaşdı - FOTO

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başa çatıb.

2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq, artıq ikinci ildir təşkil edilən “Qış nağılı” festivalı bu il də musiqisevərləri bir araya gətirib. Soyuq qış günlərində reallaşan bu möhtəşəm sənət bayramı musiqi dünyasının diqqətini yenidən Qəbələyə yönəltməyi bacarıb.

Bizim.Media xəbər verir ki, fevralın 5-də başlayan festival çərçivəsində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə rəngarəng proqram təqdim edilib.
 

Vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar, autizmli pianoçunun konserti, Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi körpüsü” kamera musiqi axşamı izləyicilərin ürəyincə olub.


Fevralın 8-də axşam Heydər Əliyev Konqres Mərkəzində “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekun konserti keçirilib. Mərasimdə Leyla Əliyeva, festivalın təşkilatçı qurumlarının təmsilçiləri, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

“Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində Azərbaycan xalq mahnıları, flamenko-caz və muğam improvizələri səsləndirilib, İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxıb.

Konsertə başlamazdan əvvəl ispan və Azərbaycan musiqiçilərinin yaradıcılığı barədə qısa məlumat verilib.

Bildirilib ki, dünya şöhrətli flamenko pianoçusu və bəstəkar Andres Barrios klassik musiqi təhsili alıb. Caz musiqisi sahəsində dərin biliklərə yiyələnən sənətçi eklektik və yenilikçi yaradıcılıq üslubu ilə seçilir. Onun musiqisi XXI əsr flamenkosunun cəsarətli və müasir ifadəsi kimi, müxtəlif dünya musiqi üslublarını ustalıqla birləşdirir.

Diqqətə çatdırılıb ki, konsertdə iştirak edən azərbaycanlı musiqiçi, tarzən İbrahim Babayev hər zaman özünəməxsus eksperimentləri ilə seçilməyi bacarır. O, muğam ənənələrinə əsaslanaraq, onlara elektron və çağdaş musiqi elementlərini əlavə edir. Pianoçu Nicat Aslanov isə muğam, etnocaz və müasir cazın sintezinə əsaslanan bir yaradıcılığa sahibdir.

Konsertdə Andres Barriosun ifasında “Ecdysis”, “Meraki”, “Noche Andaluza”, “İsbilya”, “La Colombiana” və ispan xalq nəğmələri səsləndirilib.

İspaniyalı rəqqasə Cristina Cazorla və rəqqas Javier Morenonun təqdim etdikləri flamenko rəqs kompozisiyaları, həmçinin tarzən İbrahim Babayevin pianoçu Andres Barriosla birgə ifa etdiyi muğam və flamenko improvizələr, xalq mahnısı “Yaylıq” tamaşaçılara böyük zövq verib.
 

Yekun konsertində, həmçinin tanınmış azərbaycanlı pianoçu və caz bəstəkarı Nicat Aslanovun və caz triosunun üzvləri Fuad Cəfər (bas gitara) və Həsən Bilalovun (zərb alətləri) ifasında solo performans və flamenko improvizələri təqdim olunub.


Beləliklə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO