Mədəniyyət Nazirliyi 2025-ci ilin HESABATINI verdi

2025-ci ildə Mədəniyyət Nazirliyinin fəaliyyəti mədəni siyasətin müasirləşdirilməsi, yaradıcı sənayelərin institusional gücləndirilməsi, mədəni irsin qorunması və mədəni diplomatiyanın genişləndirilməsi istiqamətində ardıcıl islahatlarla yadda qaldı. İl ərzində mədəniyyət təkcə milli kimliyin ifadəsi kimi deyil, sosial inkişaf və beynəlxalq dialoq aləti kimi təqdim olundu.

Bizim.Media xəbər verir ki, bu barədə Modern.az-ın cari il ərzində Mədəniyyət Nazirliyi tərəfindən görülən işlər, qarşıya qoyulan və nail olunan hədəflərlə bağlı sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Bildirilib ki, əsas dönüş nöqtələrindən biri mədəniyyət sahəsində idarəetmənin çağdaş tələblərə uyğunlaşdırılması olub:

“Kino sənayesində hüquqi və institusional mexanizmlər yeniləndi, müəllif hüquqları və qonorar sistemi təkmilləşdirildi, audiovizual istehsal xərclərinin qismən geri ödənilməsi mexanizmi tətbiq edildi. Paralel olaraq incəsənət təhsili sahəsində müxtəlif prosedurlar rəqəmsallaşdırıldı, müəllimlərin işə qəbulu və attestasiyası şəffaf meyarlar əsasında həyata keçirildi.

İl ərzində Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təmsil olunması əhəmiyyətli dərəcədə artdı. Azərbaycanın sənət, kino,musiqi və s. sahələrinin təmsilçiləri  nüfuzlu beynəlxalq platformalarda təmsil olundu, gənc sənətçilərin beynəlxalq şəbəkələrə çıxışı dövlət dəstəyi proqramları vasitəsilə genişləndirildi. Mədəni sahibkarlıq iqtisadi və sosial inkişafın real komponenti kimi möhkəmləndi”.
 

Nazirlikdən verilən məlumata görə, mədəni irsin qorunması istiqamətində işğaldan azad edilmiş ərazilərdə abidələrin inventarlaşdırılması aparılıb, yeni obyektlər dövlət mühafizəsinə götürülüb, Ağdam Muğam Mərkəzi və “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi istifadəyə verilib:


“Eyni zamanda bir sıra tarixi-mədəni komplekslərin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi beynəlxalq tanınmanın göstəricisi oldu.

2025-ci ildə incəsənət təhsili üzrə proqramlar yeniləndi, fortepiano ixtisası üzrə ilk milli dərsliklərin hazırlanmasına başlanıldı, müəllimlərin peşə səriştələrinin ölçülməsi sistemli xarakter aldı. Gənclər üçün beynəlxalq təhsil və təqaüd imkanları genişləndirildi”.

Qeyd edilib ki, media və kommunikasiya sahəsində vahid yanaşma formalaşdırıldı, rəsmi informasiya dili sadələşdirilib, ictimaiyyətlə əlaqələr gücləndirilib:

“Rəqəmsal təşəbbüslər, o cümlədən “Novruz 2025” onlayn festivalı mədəniyyətin geniş auditoriyalara çatdırılmasının effektiv nümunəsinə çevrildi.

Ümumilikdə, 2025-ci il mədəniyyət sahəsində daha açıq, çevik idarəetmə modelinin formalaşdığı il oldu. Mədəniyyət yalnız həyata keçirilən fəaliyyət deyil, eyni zamanda cəmiyyətlə paylaşılabilən və beynəlxalq dialoqa açıq ictimai dəyər kimi mövqeləndirildi”, - Nazirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

End of content

No more pages to load

RADİO