Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, sabiq nazir və səfir Polad Bülbüloğlu ilk dəfə işğal dövründə Şuşadan oğurlanmış və güllələnmiş abidələrin ölkəyə necə qaytarıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, Gürcüstandan daxil olan təsadüfi məlumatdan sonra abidələrin qaytarılması üçün "səssiz əməliyyat" həyata keçirildiyini bildirib.

“Tam təsadüfən Gürcüstandan mənə xəbər gəldi ki, Ermənistandan Bülbülün abidəsini satırlar. Mən atamın abidələri haradadır hamısını bilirəm. Tez ürəyimdən keçdi ki, yalnız Şuşadan çıxan abidə olar. Bakıda oğlan var idi, atası gürcü, anası azərbaycanlı.
 

Bizim sistemdə işləyirdi. Yaraşıqlı, ucaboy oğlan idi. Çağırdım onu, dedim ki, gürcü dili yadındadır? Dedi hə. Soruşdum ki, sərbəst danışa bilirsən. Dedi təbii ki. Dedim sənə çox məsul tapşırıq verirəm.


Bəs mənə deyiblər ki, ermənilər Bülbülün abidəsini satmaq istəyirlər və məncə bu Şuşadan çıxan abidədir. Ayrı abidəsi yoxdur ki onu satsınlar. Dedim gedəcəksən Tiflisə, o adamı tapacaqsan. O adam sənə göstərəcək abidə haradadır-nədir.

O vaxt da telefon yox idi, 4 gün sonra zəng etdi. Mən ona kiçik belə bir fotoaparat vermişdim. Demişdim mütləq şəklini çəkərsən.

Oğlan Tiflisdən zəng elədi ki, Polad müəllim, orda ancaq Bülbül yox, Üzeyirin də abidəsi var, Natəvanın da abidəsi var. Soruşdum ki şəkillərin çəkmisən. Dedi hə.

Dedim tez gəl. Oğlan səhərisi çatdırdı özünü Bakıya".

Polad Bülbüloğlu "AzTV”də yayımlanan müsahibədə deyir ki, şəkilləri çap edib Heydər Əliyevin qəbuluna gedib:

"Şəkilləri göstərəndə dərhal dedi ki, nə olur olsun biz bu abidələri qaytarmalıyıq.
 

Nə olur olsun. Lazımı adamlara göstəriş verdi ki, Poladla əlaqə saxlayın, bunları qaytarmalıyıq. Dedi ki, bunun səs-küyü çıxmasın. Əgər ermənilər bilsələr ki, bunu biz eləyirik, təbii ki, bunlar verməzdilər.


Hardasa dörd aya yaxın bir əməliyyat keçirdik. Gürcüstanda bir firma yaratdıq. Nail olduq və bu abidələri Azərbaycana gətirdik.

O vaxt İncəsənət muzeyində həmin abidələri yerləşdirdik. Ərazi də Prezident aparatının aşağısında idi. Danışdıq ki, Prezidentin mühafizəsi qoruyacaq abidələri. Qorxurduq ki, ermənilər xəbər tutsa nəsə edər.
 

Şənbə günü idi. Bir də zəng elədilər ki, saat dörddə orda olun. bəs Heydər Əliyev bunlara baxmaq istəyir. Gəldi, yanında ancaq mühafizə var idi. Heç bir mətbuat yox idi, heç bir ayrı adam yox idi.


Çox diqqətlə baxdı. Üzeyirin boynu deşilmişdi, Bülbülün boynu deşilmişdi, Natəvanın barmağını sındırıblar. Üzeyir bəyin abidəsinə əlini qoydu, başını yellədi

Sonra özü-özünə dedi: Gün gələcək, biz bu abidələri aparıb Şuşada öz yerinə qoyacağıq.

Mən heç dillənmədim. Elə bil bunu öz-özünə dedi. Bu sözü o hələ 1994-cü ildə demişdi”. (Modern.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

End of content

No more pages to load

RADİO