Laçında MDB rəsmiləri üçün KONSERT - FOTO

Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı - 2025” ilinin bağlanış mərasimi çərçivəsində noyabrın 29-da “LaCinema” kinoteatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.

Bizim.Media xəbər verir ki, Üzeyir Məmmədovun dirijorluğu ilə gerçəkləşən konserti Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, MDB Ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun icraçı direktoru Tair İksanov, birlik ölkələrindən gəlmiş nümayəndələr və Laçın sakinləri izləyiblər.

Orkestrin ifasında Ü.Hacıbəylinin “Arazbarı” zərbi muğamı, “Arşın mal alan” operettasından uvertüra, A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay” (solist: Səid Məmmədov, violin), V.A.Motsartın "Kiçik gecə serenadası", D.Dadaşovun “Skerso” (solist: Əməkdar artist Çinarə Heydərova, qanun), “Qadın ətri” filmindən “Tanqo” (Karlos Qardel), A.Məlikovun “Sehrli xalat” filmindən “Qızların rəqsi”, C.Cahangirovun “Cənnətim Qarabağ” (solist: Nurlana Abdullayeva, vokal), Q.Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, Y.Qadenin “Tanqo "Jalüz”, T.Quliyevin “Qaytağı” (solist: Rəvan Mustafazadə, tar), A.Əlizadənin “Cəngi”, P.İ.Çaykovskinin “Vals”, E.İbrahimovanın “Ey Vətən”, E.Sabitoğlunun “Dədə Qorqud” filmindən “İncəbellim”, F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı" əsərlərini və “Şalaxo” Azərbaycan xalq rəqsi (solist: Ç.Heydərova) təqdim olunub.

Konsert proqramına Taleh Yahyayevin (bariton) ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı ilə yekun vurulub.

Bütün ifalar sürəkli alqışlarla qarşılanıb.
 

Qeyd edək ki, Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestr Polşa, Türkiyə, İngiltərə, Tunis, Yaponiya, Misir, Gürcüstan, Belarus, Çin, Almaniya, Fransa, Rusiya və digər ölkələrdə Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil edib.


2018-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

End of content

No more pages to load

RADİO