Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA “Ana təbiət” sərgisinin açılışında – FOTO

Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb.

Bizim.Media xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində çıxış edən səfir Nəsimi Ağayev daha əvvəl bir sıra ölkələrdə uğurla həyata keçirilən bu mədəniyyət layihəsinin Berlində təqdimatının əhəmiyyətini qeyd edib. Səfir bildirib ki, mühüm problemlərin yaşandığı hazırkı çətin dövrdə təbiət və insanlıq arasında bənzərsiz əlaqənin və vəhdətin təbliğinə xidmət edən belə sərgilərin təşkili böyük önəm daşıyır. Azərbaycanın nümunəsi göstərir ki, biz qüvvələrimizi birləşdirsək, iqlim dəyişikliyi probleminin qarşısını ala bilərik.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında “MAMA – “Ana Təbiət” sərgisində 31 ölkədən 54 rəssamın əsərlərinin təqdim olunduğunu vurğulayaraq, bu əsərlərin incəsənətin sərhədləri aşaraq təbiəti qorumaq istəyinin ifadəçisi olduğunu bildirib.
 

Sərginin təşkilatçılarına, layihəyə qoşulan rəssamlara təşəkkürünü ifadə edən Leyla Əliyevə layihənin Bakıda başlandığını, daha sonra Bəhreyn, London, Roma və Tbilisidə təqdim olunduğunu diqqətə çatdırıb. Sərginin dünyanın ən “yaşıl” şəhərlərinin birində - Berlində təşkilindən məmnunluğunu ifadə edən Leyla Əliyeva əsas diqqəti iqlim problemlərinin yaratdığı fəsadlara cəlb edərək, Azərbaycanın müxtəlif ekosisteminin də bu təsirlərdən yan keçmədiyini vurğulayıb, Xəzər dənizinin səthinin kiçildiyini, Xəzər suitisi və Xəzər nərəkimiləri kimi nadir canlı növlərinin tədricən yox olduğunu qeyd edib.


Rəhbəri olduğu IDEA İctimai Birliyinin bütün layihələrinə yaradıcılıq və pozitiv ruhla yanaşdığını deyən Leyla Əliyeva təbiətin mühafizəsi məqsədilə həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində bir milyondan çox ağac əkildiyini qeyd edib, nadir heyvan növlərinin qorunması, məktəb və universitetlərdə tələbələrə təbiətin mühafizəsinin vacibliyinin təbliği istiqamətində, eləcə də suya qənaətlə bağlı “Bir damcı” layihəsi çərçivəsində görülən işləri diqqətə çatdırıb.

IDEA İctimai Birliyinin rəhbəri istedadlı azərbaycanlı heykəltəraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin (1994-2016) də Berlində sərgisinin açıldığını qeyd edərək bildirib ki, onun həyatı faciəvi şəkildə yarımçıq qalsa da, ruhu, yaradıcılığı və Vətən sevgisi əsərlərində yaşamaqdadır.

Çıxışlardan sonra Leyla Əliyeva, Arzu Əliyeva və iştirakçılar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.
 

Qeyd edək ki, müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının bəhrəsi olan MAMA “Ana təbiət” incəsənət layihəsinə 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə konseptual şəkildə hazırlanmış sərgi təbiəti passiv bir fon kimi deyil, əksinə canlı, qidalandırıcı, davamlı və bərpaedici əsas qəhrəman kimi təqdim edir.


Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə Bakı, Manama, Roma, London və Tbilisidə uğurla təqdim olunub. Layihənin Berlin mərhələsi də öz missiyasını davam etdirərək ekologiya, dayanıqlılıq və mədəni müdriklik mövzularında qlobal dialoqu təbliğ edir.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 31 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır.
 

Burada fərqli instalyasiya, rəsm, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir. Layihə bəşəriyyət və təbiət arasındakı zəngin və mürəkkəb münasibətləri ön plana çəkir. Ekspozisiyadakı hər bir incəsənət əsəri insanın təbiətlə dərin bağlılığına bir mesajdır. Həmin mesajın məqsədi Yer kürəsini təkcə ilham mənbəyi kimi deyil, həm də həyat üçün zəruri qidalandırıcı qüvvə kimi təqdim etməkdir.


Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı ayrılmaz bağlılığı vurğulayır və Ana fiqurunu həm mənəvi, həm də fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır.

Sərgi izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.

Qeyd edək ki, Leyla Əliyeva və Arzu Əliyeva həmin gün “Q” Berlin İncəsənət Qalereyasında istedadlı azərbaycanlı heykəltəraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin “Yarımçıq qalmış, lakin əbədi” adlı sərgisinin də açılışında iştirak ediblər.

Sərginin açılışında şəhid Samir Kaçayevin ailə üzvləri də iştirak ediblər.
 

Sərgi Berlin tamaşaçılarını Samirin dünyasına - dəqiqliyə, sənətə bağlılığa uzanan zəngin mənəvi dərinliyə malik bir aləmə dəvət edir. Bu sərgi Samir Kaçayevin yarımçıq qalan sənət dünyasının sükutla yazılmış davamıdır. Onun fırçasının toxunuşları yarımçıq qalsa da, hər bir əsərində zamanın sərhədlərini aşan bir nəfəs yaşayır. Sərgi Samirin sönməyən ilhamını, sənətin ölümə meydan oxuyan əbədiliyini və ruhunun rənglərdəki davamını təcəssüm etdirir.


Burada hər baxış, hər bir xətt onunla bitməyən, amma sonsuzluğa uzanan bir hekayənin parçasıdır.


































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

End of content

No more pages to load

RADİO