Əslən Qarabağdan olan türkiyəli şair vəfat etdi

Azərbaycan haqqında çoxlu şeirin müəllifi, əslən Qarabağdan olan Türkiyənin tanınmış yazıçısı və şairi Yavuz Bülent Bakiler 89 yaşında vəfat edib.

Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
 

"Türk ədəbiyyatının ən nüfuzlu yazarlarından biri, ziyalı, dünyamızın sayılıb-seçilən simalarından biri olan Yavuz Bülent Bakilerin vəfatını dərin hüznlə öyrəndik. Şeirləri, yazıları, ideyaları ilə təkcə ədəbi aləmdə deyil, xalqımızın mədəni və ziyalı həyatında da dərin iz qoymuş Bakilər türk dünyasının yaddaşında əbədi yaşayacaqdır.


Ölkəmizə gətirdiyi dəyərlərə ehtiramla yad edəcəyimiz mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, əzizlərinə, bütün ədəbi dünyasına başsağlığı veririk", - məlumatda qeyd olunub.

Türkiyənin keçmiş səhiyyə naziri Fəxrəddin Koca isə "X" hesabındakı paylaşımında onun Azərbaycan haqqındakı unudulmaz şeirlərin müəllifi olduğunu diqqətə çatdırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mərhumun ailəsinə başsağlığı verib. O, bu barədə "X"də paylaşım edib.

"Ədəbiyyatımıza saysız-hesabsız gözəl şeirlər, xatirələr, səyahətnamələr, tərcümeyi-hallar, bənzərsiz epistolyar əsərlər bəxş edən Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatı laureatı Yavuz Bülent Bakilerin vəfatından dərin hüznlə kədərlənirəm. Allahdan Bakilerə rəhmət diləyir, ailəsinə, dostlarına və ədəbi ictimaiyyətə başsağlığı verirəm. Allah rəhmət eləsin məkanı cənnət olsun", - o bildirib.

Qeyd edək ki, Y.B.Bakiler "Qarabağ həsrəti", "Azərbaycan ürəyimdə bir şah damardır", "Azərbaycan" kimi şeirlərin müəllifidir.

Xatırladaq ki, şairin babaları Qarabağdan Sivasa köçüb. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

End of content

No more pages to load

RADİO