Təvəkkül Goruslunun yaradıcılığına həsr olunan POEZİYA AXŞAMI - “Gorusun Ağbulağından Poeziya Səsi” - FOTO

20 sentyabr 2025-ci ildə Heydər Əliyev Mərkəzində Qərbi Azərbaycan İcmasının Gorus rayonun nümayəndəliyinin təşkilatçılığı ilə “Gorusun Ağbulağından Poeziya Səsi” adlı möhtəşəm poeziya axşamı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Qərbi Azərbaycanın qədim Gorus mahalının Ağbulaq kəndindən çıxmış, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Qızıl Qələm” və “Araz” mükafatlarının laureatı, tanınmış şair Təvəkkül Məmmədovun yaradıcılığına həsr olunub.

Poeziya axşamı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətənimizin müstəqilliyi və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Tədbirin aparıcısı, dosent Aysel Xəlilova çıxışında bildirib ki, bu il Vətən müharibəsinin başlanmasından 5 il ötür və poeziya gecəsi həm də həmin tarixi zəfərin qəhrəmanlarına ehtiram nümunəsidir.


Tədbirdə Qərbi Azərbaycan İcmasının Gorus rayonu üzrə sədri Etibar Həsənov, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, professor-yazıçı Zahid Xəlili, Xalq artisti Nurəddin Mehdixanlı, Gorus icmasının üzvü Səməngül Qafarova, xalçaçı rəssam Fazil Abasquluzadə və digər tanınmış şəxslər çıxış ediblər.

“Xəmsə” instrumental ansamblı, o cümlədən gənc xanəndələr Fatimə Azərqızı və Ziya Yusubovun ifasında “İrəvanda xal qalmadı”, “Türkün bayrağı”, “Yaşa Azərbaycan” kimi vətənpərvər musiqilər tədbirə xüsusi rəng qatıb.


Gecənin zirvə anı poeziya axşamının qəhrəmanı – şair Təvəkkül Məmmədovun səhnəyə çıxışı olub. Şair öz ədəbi yolundan bəhs edərək, Ağbulaq həsrətini və doğma torpaqlara qayıdış ümidlərini bölüşüb.

Daha sonra poeziya axşamının təşkilinə və dəstəyinə görə bir sıra şəxslərə təşəkkürnamələr təqdim olunub. Eyni zamanda Qərbi Azərbaycan İcmasının yeni üzvlərinə vəsiqələr verilib.

Tədbirin sonunda vurğulanıb ki, bu poeziya axşamı sadəcə bir ədəbi tədbir deyil, həm də Qərbi Azərbaycanın unudulmaz kəndlərinin – Ağbulağın, Şurnuxunun, Qurdqalağın, Şahverdilərin və Şamsızın ruhunu yaşadan bir yaddaş məclisidir. İştirakçılar əminliklə bildiriblər ki, Ağbulağın poeziya səsi bir gün öz doğma torpaqlarında yenidən ucalacaq.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

End of content

No more pages to load

RADİO