Rusiyanın Xalq artisti Alla Puqaçova Kiprdə görüntülənib.
Bizim.Media xəbər verir ki, ifaçının qolunun sarğılı olması izləyicilərin diqqətindən yayınmayıb. Puqaçovanın hansı səbəbdən əlini zədələdiyi bəlli deyil.
Qeyd edək ki, müğənni bundan əvvəl yıxılaraq ayağını sındırmışdı və bud-çanaq oynağından zədə almışdı. O, bir müddət əsa ilə gəzməli olub.

Bizim.Media