Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru İŞDƏN ÇIXARILDI

Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verdiyi nöqsanlara görə bağçanın müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
 

"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təlim-tərbiyə müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, sağlam işgüzar mühitin təmin olunması əsas prioritetlərdəndir. Yol verilən nöqsanlara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.


Xatırladaq ki, bir müddət əvvəl Bakının Yasamal rayonundakı 98 saylı uşaq bağçasına gedən azyaşlının qanında psixotrop dərman aşkarlanması ilə bağlı iddialar yayılıb. Uşağın səhhətində və davranışında dəyişiklik müşahidə edildikdən sonra ailəsi həkimə müraciət edib və analiz nəticələrinə əsasən belə maddənin aşkarlandığı iddia olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərlə görüşüb və faktın obyektiv araşdırılması üçün DİN və Baş Prokurorluğa rəsmi müraciətlər göndərib. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada taun epidemiyası riski var? - ÜST BƏYANAT YAYDI

Rusiyada taun epidemiyası riski var? - ÜST BƏYANAT YAYDI

Bakıda 10 minə maral başı satılır

Bakıda 10 minə maral başı satılır

“Laylay” klipi ictimaiyyətə təqdim olundu - FOTO

“Laylay” klipi ictimaiyyətə təqdim olundu - FOTO

Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Qubada ağır qəza: ÖLƏN VAR - FOTO

Qubada ağır qəza: ÖLƏN VAR - FOTO

Cüdoçumuz dünya çempionatının FİNALINDA

Cüdoçumuz dünya çempionatının FİNALINDA

Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ

Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ

İlham Əliyevlə Vladimir Putin arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

İlham Əliyevlə Vladimir Putin arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Sibiqa Azərbaycana təşəkkür etdi – FOTO

Sibiqa Azərbaycana təşəkkür etdi – FOTO

Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirildi

Bakıda yük maşını aşdı: 3 ölü, 2 yaralı var

Bakıda yük maşını aşdı: 3 ölü, 2 yaralı var

Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" - VİDEO

Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" - VİDEO

Bakıda idarəetməni itirən avtobus yoldan çıxdı – VİDEO

Bakıda idarəetməni itirən avtobus yoldan çıxdı – VİDEO

Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru İŞDƏN ÇIXARILDI

Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru İŞDƏN ÇIXARILDI

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralandı

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralandı

Türkiyənin süni intellektlə hazırlanan filmi Cottbus Film Festivalının əsas müsabiqəsinə seçildi

Türkiyənin süni intellektlə hazırlanan filmi Cottbus Film Festivalının əsas müsabiqəsinə seçildi

Bakıda soyuq havada ilan? – Məktəbin qarşısında peyda olması valideynləri narahat etdi – VİDEO

Bakıda soyuq havada ilan? – Məktəbin qarşısında peyda olması valideynləri narahat etdi – VİDEO

Puqaçova bu dəfə qolundan zədə aldı – FOTO

Puqaçova bu dəfə qolundan zədə aldı – FOTO

Aqşin Fatehə AĞIR İTKİ

Aqşin Fatehə AĞIR İTKİ

Hidayət Heydərov: “Doğma vətəndə uduzmaq ağırdır” - FOTO

Hidayət Heydərov: “Doğma vətəndə uduzmaq ağırdır” - FOTO

Ermənistanda siyasi gərginlik: Paşinyanın keçmiş tərəfdaşı QANDALLANDI! - FOTO

Ermənistanda siyasi gərginlik: Paşinyanın keçmiş tərəfdaşı QANDALLANDI! - FOTO

Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ

Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ

Xırdalan sakinlərinin NƏZƏRİNƏ – Su problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xırdalan sakinlərinin NƏZƏRİNƏ – Su problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

End of content

No more pages to load

RADİO