Xırdalanın şəhərinin böyük bir qismində həyət evlərinə içməli suyun verilməsində problemlər yaranıb. Sakinlərin şikayətinə görə, iki gündür ərazidə içməli su təminatı dayandırılıb. Şikayət ünvanlayan sakinlər artıq içməli su tədarüklərinin bitdiyi üçün çətin vəziyyətlə qarşılaşdıqlarını bildirirlər.
Suyun kəsilməsinə səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyindən bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri ərazinin relyef xüsusiyyətləri ilə əlaqədar olaraq planlaşdırılandan bir neçə saat artıq vaxt aparıb.
Məlumata görə, hazırda təmir işləri yekunlaşıb, şəbəkə üzərində qaynaq işləri başa çatdırılıb və xəttin su ilə doldurulması prosesi həyata keçirilir.
"Gün ərzində suyun ünvanlar üzrə mərhələli şəkildə əvvəlki rejimlə verilməsi təmin ediləcək", - məlumatda qeyd edilib.
Fəridə, Bizim.Media