Bu gün saat 14:20-də Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində xırdabuynuzlu heyvanları aparan "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.
Bizim.Media bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir.
Bizim.Media