Polşada məktəbdə baş verən bıçaqlı hücum nəticəsində azı 7 nəfər yaralanıb.
Bizim.Media RMF radiostansiyasına istinadla xəbər verir ki, yaralananlardan ikisinin vəziyyəti ağırdır. Bildirilib ki, xəsarət alanların əksəriyyəti şagird, biri isə müəllimdir.
Məlumata görə, hücumda şübhəli bilinən 19 yaşlı şagird hadisə yerindən qaçsa da, daha sonra polis tərəfindən saxlanılıb.
Bizim.Media