Aktyor Elcan Rəsulov və aparıcı Kəmalə Piriyevanın rol aldığı “Bir kişi, bir qadın” serialı 4 illik fasilədən sonra yenidən qayıdır.
Bizim.Media xəbər verir ki, ekran işinin yeni bölümlərinin çəkilişlərinə artıq başlanılıb. Kəmalə və Elcan kamera qarşısına keçdikləri anları sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, serial 2020-2022-ci illərdə ATV-də yayımlanıb. (Axşam.az)
Bizim.Media