Türkiyəli məşhur şoumen Cem Yılmaz xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, tətil üçün getdiyi Çanaqqalada şoumenin qəfil səhhətində problem yaranıb.
Sinəsində ağrılar hiss edən Cem Yılmaz təcili xəstəxanaya aparılıb.
Ürəyində problem yaranan şoumen ilkin müdaxilənin ardından başqa bir xəstəxanaya köçürülüb. (Axsam.az)
Bizim.Media