ABŞ-ın müdafiə naziri Pit Heqset 2028-ci il prezident seçkilərində namizəd olacağı barədə yayılan məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“100% yalandır. Biz bunu NBC-yə dedik, amma onlar anonim mənbələrə istinad edərək sadəcə yalan danışırlar. Mənim yeganə işim Müdafiə Nazirliyini yenidən möhtəşəm etməkdir.
Vətənpərvərlər davam edin və cümə gecənizdən zövq alın”, – deyə Heqset yazıb.

Bizim.Media