Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb.
Bizim.Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Cəhri qəsəbəsindən keçən hissəsində qeyd alınıb.
"Tofaş" və "AzSamand" markalı avtomobillərin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Allahverdiyeva Samirə Yəhya qızı və 2009-cu il təvəllüdlü Musayev Ümid Səbuhi oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bizim.Media