Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Bizim.Media "Report"a istinadla xəbər verir ki, günün ikinci matçında "Şəfa" "İmişli"ni qəbul edib.
Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
55-ci dəqiqədə Seyxan Fərəcov fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "İmişli" dördüncü pilləyə yüksəlib. "Şəfa" 3 xalla 7-ci sıradadır.
Günün ilk görüşündə "Qəbələ" evdə "Şamaxı" ilə heç-heçə edib - 0:0.
Xatırladaq ki, turun digər matçları 30-31 avqustda keçiriləcək.
Bizim.Media