Rihanna sosial şəbəkədə yeni paylaşımı ilə pərəstişkarlarını duyğulandırıb.
Bizim.Media xəbər verir ki, 38 yaşlı pop ulduzu dörd yaşlı oğlu Riza, üç yaşlı Rayot və bir yaşlı qızı Rokinin də yer aldığı nadir fotolarını paylaşıb.
Müğənni ailəsi ilə birlikdə doğma Barbadosa gedib. Ulduz paytaxt Brictaunda özünün əvvəllər yaşadığı küçəyə baş çəkib.
2017-ci ilin dekabrında həmin küçənin adı rəsmi olaraq müğənninin şərəfinə dəyişdirilib və hazırda Rihanna Drive adlanır. Küçənin əvvəlki adı isə Westbury New Road olub.
Rihanna paylaşımında bu səfərin onun üçün yaratdığı duyğulardan da danışıb.
“Bir dəqiqə əvvəl özümü Uestberidəki həmin uşaq kimi hiss edirəm, digər dəqiqədə isə öz uşaqlarımı ‘Rihanna Drive’a gətirirəm. Həyatın necə möhtəşəm işlədiyinə baxın! Şöhrət həmişə və əbədi olaraq Uca Yaradanındır!!!” – deyə sənətçi yazıb.
Səmimi paylaşım dünyanın hər yerindən milyonlarla pərəstişkarın diqqətini çəkib və qısa zamanda milyonlarla bəyənmə toplayıb.



Bizim.Media