Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo ilə model Corcina Rodriges ailə qurub.
Bizim.Media xəbər verir ki, 41 yaşlı futbolçu və 32 yaşlı model nikah mərasimindən sonra sosial şəbəkədə üzərində nikah üzüklərinin göründüyü foto paylaşıblar.
Cütlüyün Portuqaliyanın Kaşkayş şəhərində yaxın ailə üzvlərinin iştirakı ilə sadə mərasim keçirdiyi bildirilir.
Ronaldo və Rodriges 2016-cı ildən münasibətdədir. Onlar 2025-ci ilin avqustunda nişanlandıqlarını açıqlamışdılar.
Cütlüyün iki qızı var. Ronaldo Rodrigesin əvvəlki münasibətindən olan uşaqları ilə birlikdə beş övladın atasıdır.
Bizim.Media