"O Ses Türkiye" yarışmasının qalibi Emre Sertkaya övladına gitarada mahnı oxuduğu anları sosial şəbəkə hesabında paylaşıb. Lakin izləyicilərin diqqətini Sertkayanın oxuduğu mahnıdan çox geyimi və tərzi cəlb edib.
Bizim.Media “Haberler.com”a istinadən xəbər verir ki, illər əvvəl yarışmadakı çıxışı ilə milyonların sevgisini qazanan ifaçı dəyişimi ilə sevənlərini təəccübləndirib.
Sosial şəbəkədə paylaşılan videoda Sertkayanın əynindəki asqılı bluz, boynundakı incə qızılı boyunbağı, həmçinin sırğa və qolbaqları diqqət çəkib.
Şərh bölməsində sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığı yaranıb. Bəziləri ifaçının sadəcə rahat ev geyimində olduğunu müdafiə etsə də, digərləri onun bu imicini sərt ifadələrlə tənqid ediblər.
Qeyd edək ki, Emre Sertkaya 2016-cı ildə "O Ses Türkiye" yarışmasının finalında Türkan Kürşad, Tankurt Manas və Aziz Kartal kimi rəqiblərini geridə qoyaraq qalib olmuşdu.
Bizim.Media