"Tanrının yaraqları: Ultimatum" filminin rəsmi səhifəsində filmin Bakıdakı çəkilişlərindən videokadrlar yayımlanıb.
Bizim.Media xəbər verir ki, video kinofranşizanın Salem Jackiechan tərəfindən idarə olunan rəsmi instaqram səhifəsində yayımlanıb.
Qeyd edək ki, "Ultimatum" artıq kulta çevrilmiş "Tanrının yaraqları" franşizasının dördüncü filmidir.
Baş rolu məşhur aktyor Ceki Çan ifa edir. Aktyor yenidən əfsanəvi macərapərəst "Asiya şahini" obrazını canlandırır.
Bizim.Media