Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, ailə fotolarını paylaşan sənətçi yazıb:
“Gecə yatmadan öncə gözəl xatirələr və xəyallar təmizliyi etdim. İçimi qaraldan hər şeyi uzun zaman sonra ilk dəfə özümdən uzaqlaşdırmağı bacardım.
Səbr və şükrümü aldım yenə yanıma. Əgər bir adaya düşsəydim, yanıma sadəcə səbrimi və şükrümü alardım. Səbr! Şükür! Ağlın və ürəyin vəhdəti. Allah heç birimizdən ayırmasın! Bu sabahkı acı qəhvəmi içərkən, sonumuzun şirin bitməyinə çoxdan niyyət belə etdim. Daha neçə illərə yan-yana, əl-ələ, çiyin-çiyinə, inşallah. Həyat yoldaşım!”.




Bizim.Media