Məşhur türkiyəli aktyor Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə Bodrumda istirahət edərkən kameralara tuş gəlib.
Bizim.Media "demokrat.az"a istinadən xəbər verir ki, Aktyorun qayıq tətilindən yayılan görüntüləri sosial mediada geniş müzakirə olunub.
Uzun müddət fit görünüşü ilə tanınan Ulusoyun son görüntülərində çəki aldığı və saqqal saxladığı diqqət çəkib.
2010-cu ildə “Best Model of Turkey” yarışmasının qalibi olaraq tanınan Çağatay Ulusoy daha sonra aktyorluğa keçərək Türkiyə serial və kino dünyasının tanınmış simalarından birinə çevrilib. O, “Adını Feriha Koydum”, “Medcezir”, “İçerde”, “Hakan: Muhafız”, “Yeşilçam”, “Terzi”, “Kübra”, “Gaddar” və “Eşref Rüya” kimi məşhur layihələrdə rol alıb.
Çağatay Ulusoy və Aslıhan Malbora 2024-cü ildə “Kübra” serialının çəkilişləri zamanı tanış olub və bir müddət sonra münasibət yaşamağa başlayıblar. Cütlük şəxsi həyatlarını əsasən gözlərdən uzaq saxlamağa üstünlük verir.
Məlumata görə, Bodrumun Yalıçiftlik sahillərində lövbər salan qayıqda istirahət edən cütlüyün səmimi anları görüntülənib. Ulusoyun gün ərzində dənizdən zövq aldığı və qayıqda balıq tutduğu da qeyd olunub.
Daha sonra aktyorun pərəstişkarı ilə çəkdirdiyi foto sosial mediada yayılıb və onun yeni görünüşü yenidən gündəmə gəlib. İstifadəçilər aktyorun dəyişimi ilə bağlı fərqli fikirlər səsləndirib.
Bəzi izləyicilər bunun yeni layihə üçün hazırlıq ola biləcəyini düşünərkən, digərləri Çağatay Ulusoyun əvvəlki görünüşündən xeyli fərqləndiyini bildirib.

Bizim.Media