Müğənni Dilarə Kazımova yenidən özünü aktrisa kimi sınayacaq.
Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, "Çalış, nəfəs alma", "Sirat körpüsü", "Qardaşımdan yaxşısı yox idi", "Dmitrov küçəsi 86", "Kəklikotu" və "Qış nağılı" filmlərindən sonra sənətçi, bir hissəsi Bakıda çəkilən özbək istehsalı "Daşkəndə səyahət" filmində rol alıb.
Bu barədə Özbəkistan kino rejissoru, ssenaristi və aktyoru Behzod Coniyev (Behzod Janiyev) məlumat verib. Rejissor Dilarə Kazımova ilə birgə şəkil paylaşaraq onun ünvanına təriflər yağdırıb:
"'Daşkəndə səyahət' filmi vasitəsilə mən Dilarə Kazımovanın bu təkrarolunmaz səsi ilə tanış oldum. Sonra onun bütün mahnılarını dinlədim. Mənə elə gəlir ki, belə səs min ildə bir dəfə doğulur. Səmimi qəlbdən ümid edirəm ki, biz yenə birgə işləmək imkanı tapacağıq".
Film Qazaxıstan, Özbəkistan və Azərbaycanın birgə əməkdaşlığı ilə çəkilir. Ekran işi bir neçə janrı — melodrama, ekşn və komediyanı özündə birləşdirir.

Bizim.Media