"Vahid Hasano" kimi tanınan bloqer Vahid Həsənovun avtomobili qəzaya düşüb.
Bizim.Media xəbər verir ki, hadisə bloqerin kampa getdiyi zaman baş verib.
İlkin məlumata görə, o, "Toyota" markalı avtomobillə hərəkətdə olarkən sükan mexanizmi qaynaq yerindən qopub.
Nəticədə sürücü idarəetməni itirib və avtomobil aşıb.
Qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisə iki ay əvvəl Tailandda olub. O, qəzaya həyat yoldaşı ilə birlikdə düşüb.
Bizim.Media