Aparıcı Mətanət Əliverdiyeva böyük oğlu Oqtayın ad günü münasibəti ilə təbrik edib.
Bizim.Media xəbər verir ki, o, "Xəzər axşamı" verilişində övladının arzusunu reallaşdırmaq üçün ona dəstək olacağını da açıqlayıb:
"Sənə can sağlığı arzu edirəm. Həmişə canında o qüvvəni hiss edəsən. Sən mübariz uşaqsan, həyatda mübarizə aparmağı bacarırsan. Çox yaxşı övladsan, oğlum olduğun üçün demirəm.
Oqtayın bir arzusu var. İşi ilə bağlıdır, mən onu reallaşdırmağa dəstək olacağam. Həyata keçdikdən sonra efirdə də açıqlayacağam. Bil ki, səni sevirəm. Həmişə də yanındayam".
Qeyd edək ki, Mətanət Əliverdiyevanın Əli adlı bir oğlu da var. (Axşam.az)
Bizim.Media