Xalq artisti Tünzalə Ağayeva "DreamFest" beynəlxalq musiqi festivalında geyindiyi libasla bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, sənətçi "Xəzər TV"yə açıqlamasında səhnə obrazının onun 25 illik yaradıcılıq yolunu əks etdirdiyini bildirib:
"Obrazımın adı "Tünzalə"dir. Söhbət 25 il səhnədə olan Tünzalədən gedir. Üzərimdə mahnılarımın, xalqın dilində olan, artıq yaddaşlarda yaşayan bütün əsərlərimin maksimumunu çatdırmağa çalışdım. Təbii ki, mahnıların hamısını təqdim edə bilmədik, amma şeirlərdən, mahnılardan fraqmentlərdən, ədəbiyyatçılarımızın adlarından, mahnılarımın adlarından istifadə edərək özümü ifadə etməyə çalışdım. Libasın üzərində 5 ay iş gedib" deyə, Tünzalə Ağayeva qeyd edib. (axşam.az)
Bizim.Media