“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

“Sea Breeze Resort” kompleksinin “Sea Breeze Walk of Fame” Şöhrət Xiyabanında britaniyalı müğənni və bəstəkar Con Nyumanın adına olan ulduzun açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mahnıları dünyada milyonlarla dinləyicinin rəğbətini qazanan məşhur sənətçinin adı Şöhrət Xiyabanına təntənəli surətdə həkk olunub.

Sənətçi mərasimdə iştirak edərək jurnalistlərlə və pərəstişkarları ilə ünsiyyət quraraq, yaradıcılıq yolu ilə bağlı hiss və düşüncələrini bölüşüb.

Bu hadisənin əhəmiyyətindən danışaraq sənətçi ulduzunu görən insanların təkcə musiqisini deyil, həm də yaradıcılıq yolunda ona kömək edən keyfiyyətlərini xatırlamalarını istədiyini söyləyib.
 

“İstərdim ki, insanlar məni təkcə musiqim sayəsində deyil, həm də daim təvazökar qalan, insanlara hörmətlə yanaşan və inadla məqsədinə doğru irəliləyən bir insan kimi xatırlasınlar. Karyeramda bir çox enişli-yoxuşlu dövr olub və heç nə asan olmayıb. Düşünürəm ki, mənim üçün ən yaxşı mükafat əzmkarlığımın tanınması olacaq”, - deyə ifaçı qeyd edib.


Müğənni, həmçinin Azərbaycan, o cümlədən Bakı ilə bağlı təəssüratlarını bölüşərək, hər səfərin ən xoş xatirələr buraxdığını vurğulayıb.

“Bakı inanılmaz dərəcədə gözəl şəhərdir, Azərbaycan isə çox gözəl ölkədir. “Formula 1”in azarkeşi olaraq, şəhər boyunca gəzişmək mənim üçün xüsusilə maraqlı idi. İçərişəhərdən çox zövq aldım. Hər dəfə buraya gələndə səmimi qonaqpərvərlik və isti qarşılanma hiss edirəm”, - deyə Con Nyuman əlavə edib.

“Sea Breeze Walk of Fame” Şöhrət Xiyabanı, Azərbaycanda mədəniyyət, incəsənət və ictimai həyatın görkəmli xadimlərinin şərəfinə yaradılmış ilk və yeganə simvolik məkandır. Burada artıq dünya musiqi sənayesinin, incəsənətinin və mədəniyyətinin tanınmış nümayəndələrinin adları əbədiləşdirilib.

Ulduz kolleksiyası artmaqda davam edir, dünya mədəniyyətin inkişafına əhəmiyyətli töhfələr vermiş şəxsiyyətləri bir araya gətirir.

Con Nyuman “Love Me Again”, “Come and Get It” və “Cheating” hitləri, eləcə də “Rudimental” qrupunun “Feel the Love” mahnısının yazılışında iştirakı sayəsində dünya şöhrəti qazanan britaniyalı müğənni, mahnı müəllifi və musiqiçidir. Onun yaradıcılığı dəfələrlə beynəlxalq musiqi çartlarında birinci yeri tutub, ifaçı özü isə bir sıra nüfuzlu musiqi mükafatlarının laureatı və nominantı olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

End of content

No more pages to load

RADİO