Türkiyənin məşhur “Yaprak Dökümü” serialında “Hayriye” obrazı ilə tanınan aktrisa Güven Hökna “Survivor” yarışmasının iştirakçısı Seren Ay Çetinə yazdığı şərhlə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, aktrisa Serenin instaqram hesabındakı paylaşımına "Dənizi çirkləndirirsən" sözlərini yazıb.
Seren isə G.Höknanın şərhinə “Başa düşmədim” sualını verib. Daha sonra isə “Survivor” iştirakçısı öz səhifəsində həmin paylaşımı yayımlayıb.
“İllərlə “Yaprak Dökümü”ndə sevərək izlədiyim və sənətinə hörmətlə yanaşdığım Güven Höknanın videoma yazdığı şərh qarşısında şok oldum. Bunu ona heç yaraşdırmadım” – deyə o, paylaşımda yazıb.
Bizim.Media