Türkiyənin Kanal D telekanalında yayımlanan məşhur serialı "Arka Sokaklar"da “Müdir Vedat” rolunu canlandıran Murat Ormiyak hazırda Taksimdəki qocalar evində yaşayır.
Bizim.Media xəbər verir ki, ötən aylarda layihələrdə rol tapa bilmədiyini və qocalar evinə köçdüyünü açıqlayan 79 yaşlı aktyor yenidən diqqət mərkəzinə düşüb.
YouTube kanalının “Tatlı Röportajlar” layihəsinin komandası tərəfindən qocalar evində ziyarət edilən Ormiyak heç kimin ona zəng etmədiyini və ya hal-əhval tutmadığını bildirəndə təsirli anlar yaşayıb.
Murat Ormiyak narazılığını bu sözlərlə ifadə edib:
"Heç kim məni ziyarətə gəlmir. Çox tənhayam. Bunu necə izah edəcəyimi belə bilmirəm".


Bizim.Media