Bakırköy Respublika Baş Prokurorluğu sənətçilər, aktyorlar, iş adamları və müəssisə rəhbərlərinin də aralarında olduğu 25 şübhəli barəsində narkotik əməliyyatına başlanıldığını elan edib.
Bizim.Media xəbər verir ki, istintaq çərçivəsində indiyədək müğənnilər Sıla Gençoğlu və İlyas Yalçıntaş, həmçinin prodüser Fatih Aksoy daxil olmaqla 9 məşhur şəxs saxlanılıb.
Əməliyyat çərçivəsində, həmçinin Ateş İnce, Öner Faruk Işık, Şefik Ömer Dolman, Aybüke Albere, Ayşe Nur Balcı və İrem Haznedar jandarma qrupları tərəfindən tutulub.
Saxlanılma qərarı verilən 25 nəfərlik siyahıda adıçəkilən digər şəxslər arasında Burak Çelik, H.Eylem İpek Şafak, Ümit Aslan və Akın Altan kimi adlar da yer alır.
Bizim.Media