Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov aktyor oğlu Sənan Kazımovun bu sənəti seçməsinə vaxtilə qarşı çıxmasının səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o övladının daha rahat və gəlirli sahədə çalışmasını istədiyini etiraf edib:

"Aydın məsələdir ki, heç bir valideyn özünün çəkdiyi çətinlikləri övladına rəva bilmir. Mənim atam da bu sənətə gəlməyimə qarşı idi. Sadəcə, o, bu sənətin içində deyildi, kənardan təsəvvür edirdi və istəmirdi. Mən isə sənətin içində ola-ola istəmirdim ki, övladım da bu çətinlikləri yaşasın. İstəyirdim ki, onun imkanları daha çox olsun.

Xüsusilə təhsilinə həddindən artıq vəsait yatırırdım ki, orta məktəbdə yaxşı oxusun, ən yaxşı məktəblərdə təhsil alsın, ən yaxşı hazırlıqlara getsin. Sonra həkim, hüquqşünas, bankir olsun və ya elə bir sahədə çalışsın ki, bu çətinlikləri yaşamasın. Uşaq vaxtından tamaşalarda oynayırdı. Fikirləşirdim ki, uşaqdır, həvəsdir, keçib gedəcək".

Nicat Kazımov oğlunun bugünkü uğurları ilə fəxr etdiyini vurğulayıb:

"Artıq neçə illərdir Azərbaycanın ən böyük tədbirlərində, səhnələrində çıxış edir və tamaşaçılar tərəfindən sevilir. Bu gün onu tanıyanların, sevənlərin sayı mənimkindən qat-qat çoxdur. Mən bununla yalnız fəxr edə bilərəm.

Əvvəl istəmirdim, amma sonradan şərt qoydum ki, əgər aktyor olmaq istəyirsənsə, burada yox, Türkiyədə universitetə qəbul ol. Və həmin il elə oldu ki, yer yalnız Zonquldak Universitetində açılmışdı. Amma burada da artıq ali məktəbə qəbul olmuşdu. Zonquldak Universitetinə birlikdə getdik, yer xoşuma gəlmədi. Sonra kafedra müdirinin "Burada nə öyrənəcək?" deməsi xoşuma gəlmədi. Sual verdim ki, "Burada oxumaq istəyirsən?". Dedi ki, "Yox". O anda elə götürüb qayıtdım Bakıya". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşünü izləyiblər

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşünü izləyiblər

Putin ŞƏT sammitində Paşinyana Moskvanın mövqeyini bir daha açıqlayacaq

Putin ŞƏT sammitində Paşinyana Moskvanın mövqeyini bir daha açıqlayacaq

Peskov: “Biz ermənilərdən daha çox erməni ola bilmərik” - VİDEO

Peskov: “Biz ermənilərdən daha çox erməni ola bilmərik” - VİDEO

Putin Bişkekdə Ərdoğanla görüşəcək

Putin Bişkekdə Ərdoğanla görüşəcək

Arda Güler qol vurdu, "Real" darmadağınla liderliyini qorudu - VİDEO

Arda Güler qol vurdu, "Real" darmadağınla liderliyini qorudu - VİDEO

Bərə qəzası ilə bağlı kapitan və 7 nəfər həbs olundu

Bərə qəzası ilə bağlı kapitan və 7 nəfər həbs olundu

Kürdəmirdə qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO

Kürdəmirdə qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO

Şimali Kipr sahillərində batan bərənin ilk VİDEOSU

Şimali Kipr sahillərində batan bərənin ilk VİDEOSU

Tanınmış həkim vəfat etdi - FOTO

Tanınmış həkim vəfat etdi - FOTO

Peskov Putin, Tramp və Zelenskinin mümkün görüşündən danışdı - VİDEO

Peskov Putin, Tramp və Zelenskinin mümkün görüşündən danışdı - VİDEO

Belqoroda zərbə endirildi: Xəsarət alanlar var – FOTO/VİDEO

Belqoroda zərbə endirildi: Xəsarət alanlar var – FOTO/VİDEO

Zelenski: Rusiya 4 gün ərzində Ukraynaya 1,5 minə yaxın dron buraxıb – VİDEO

Zelenski: Rusiya 4 gün ərzində Ukraynaya 1,5 minə yaxın dron buraxıb – VİDEO

Ekipajsız qayıq Türkiyənin Samsun vilayətinin sahilinə çıxdı - VİDEO

Ekipajsız qayıq Türkiyənin Samsun vilayətinin sahilinə çıxdı - VİDEO

Tramp: Kanada şirkətləri kütləvi şəkildə bizneslərini ABŞ-a köçürür - FOTO

Tramp: Kanada şirkətləri kütləvi şəkildə bizneslərini ABŞ-a köçürür - FOTO

Şimali Kiprdə ölənlərin sayı artdı

Şimali Kiprdə ölənlərin sayı artdı

Almaniyada siyasətçi “Rusiya Ordusu” yazısına görə qalmaqala düşdü

Almaniyada siyasətçi “Rusiya Ordusu” yazısına görə qalmaqala düşdü

"Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub etdi - VİDEO

"Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub etdi - VİDEO

Dünyada ayı həyəcanı, Azərbaycanda isə SƏSSİZLİK - Erkən “qış yuxusu”na gediblər?

Dünyada ayı həyəcanı, Azərbaycanda isə SƏSSİZLİK - Erkən “qış yuxusu”na gediblər?

Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib

Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib

Bakıda köhnə liftlər nə vaxt dəyişdiriləcək?

Bakıda köhnə liftlər nə vaxt dəyişdiriləcək?

XƏBƏRDARLIQ: Bəzi yerlərdə leysan olacaq

XƏBƏRDARLIQ: Bəzi yerlərdə leysan olacaq

Kiprdə bərə faciəsinin TƏFƏRRÜATI: Kapitan sərnişinləri qoyub qaçıb

Kiprdə bərə faciəsinin TƏFƏRRÜATI: Kapitan sərnişinləri qoyub qaçıb

İsraildə 2 yeniyetmə İranın xeyrinə casusluq edib - FOTO

İsraildə 2 yeniyetmə İranın xeyrinə casusluq edib - FOTO

End of content

No more pages to load

RADİO