"Son 6 ay çox əziyyət çəkdi, sağalması mümkün deyildi"

"İranə xanımın ürəyi dayandı. Onun istedadı kimi, xəstəliyi də qeyri-adi oldu. Motoneyron, neyronların ölməsi xəstəliyi var idi. Çox nadir xəstəlikdir. Birinci ayaqları tutuldu. O qədər iradəli insan idi ki, son gününə qədər reabilitoloqla idman edirdi. O dərəcədə ruh var idi onda".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Firdovsi Atakişiyev "Həftənin qonağı" verilişində mərhum həyat yoldaşı, Xalq artisti İranə Tağızadənin xəstəliyindən danışarkən deyib.

Aktyor mərhum xanımının xəstəliyinin sağalmaz olduğunu vurğulayıb:

"3 il hər şeyi atdım, sənətdən uzaqlaşdım, ancaq İranə ilə oldum. Heç vecimə də deyildi. Çəkilişlərdən imtina etdim. İki köməkçimiz var idi. Mən isə üçüncü. Oğlum da eynən. İşdən qayıdan kimi mənim bir neçə saat dincəlməyimə imkan verirdi. Çox çətin günlər idi. Buna baxmayaraq, deyib-gülür, planlar qururduq.

 

Çox çalışdıq, Moskvada, Türkiyədə olduq. İsraildəki həkimlərlə də əlaqə saxladıq. Amma heç cür olmadı. Sağalması mümkün deyildi. 3 il mərhələli şəkildə xəstəliyi artdı. Son 6 ayı çox əziyyət çəkdi, qucağımızda gəzdirirdik. Buna görə məndə və oğlumda bel yırtığı yarandı. Bir dəfə 48 saat davam edən ağrıdan qışqırırdım. İndi də ildə iki dəfə bundan müalicə alıram.


Əlbəttə ki, halal xoşu olsun. Həmişə deyirdi ki, mənə görə hər şeydən imtina edirsən. Cavab verirdim ki, bəs sən mənə bu qədər sevgini, səadəti yaşadanda necə?"

Firdovsi Atakişiyev mərhum həyat yoldaşının xəstəliyi dövründə sənətdən uzaqlaşdığını və bütün təklifləri rədd etdiyini açıqlayıb:

"Türkiyədən serialla bağlı təklif gəlmişdi. Dedim ki, heç cür mümkün deyil. Söylədilər ki, bilirsən nədən imtina edirsən? Bildirdim ki, bilirəm. Oğlum hətta təklif etdi ki, işdən çıxsın. Bu müddət ərzində mən çəkilim. Dedim ki, hə, bir bu qalmışdı. Təsəvvür et, Türkiyədə seriala çəkilirəm. Çəkilişdən sonra gəlib hoteldə dincəlirəm. Sən isə burada belə. Dedim ki, ola bilməz, mümkün deyil.
 

Mənə deyirdilər ki, özünü kölgəyə döndərmisən, nə gündəsən? Həm də həddindən artıq arıqlamışdım. Özümə fikir vermirdim. Təklif etdilər ki, səni filmə çəkək, maddi yardım olsun. Ona da cavab verdim ki, mənə heç nə lazım deyil, hər şey qaydasındadır, təki sevgimi geri qaytara bilim. O da alınmırdı. Amma İranə dünyasını dəyişəndən 1 həftə sonra artıq işləməyə başladım."


Qeyd edək ki, İranə Tağızadə Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru olub. İ.Tağızadə 9 aprel 2023-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

End of content

No more pages to load

RADİO