İctimai TV-nin maraqla izlənilən “Maska” şou layihəsi final edib.
Bizim.Media xəbər verir ki, layihənin son buraxılışında üç maska - “Yadplanetli”, “Qırat” və “Pələng” yarışıb.
Proqramın qalibi olan “Qırat” maskası altında keçmiş Avroviziya təmsilçimiz İlkin Dövlətov çıxış edib.
Bundan başqa, “Yadplanetli” aparıcı Hüsniyyə Məhərrəmova, “Pələng” isə Xalq artisti Samir Cəfərov çıxıb.
Sara, Bizim.Media