11 milyonu lüks maşınlara və döşəklərə xərclədi

Məşhur Hollivud aktyoru Kianu Rivz dələduzluqda təqsirli bilinən dostu, rejissor Karl Rins üçün hakimdən mərhəmət diləyib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, bu barədə “People” jurnalı məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, 50 yaşlı rejissor Karl Rins 2025-ci ilin dekabrında başa çatan məhkəmə prosesində elektron fırıldaqçılıq və çirkli pulların yuyulmasında təqsirli bilinib. İttihama əsasən, o, “Netflix”dən elmi-fantastik serial çəkmək adı ilə aldığı milyonlarla dolları şəxsi lüks xərclərinə, o cümlədən kriptovalyuta birjalarına, baha qiymətli İsveç döşəklərinə, antik mebellərə, “Ferrari” və “Rolls-Royce” markalı lüks avtomobillərə xərcləyib.

İyunun 29-da Nyu-Yorkda keçiriləcək hökm oxunması mərasimi öncəsi Kianu Rivz hakim Ced Rakoffa xüsusi məktub ünvanlayıb.

61 yaşlı aktyor 2013-cü ildə çəkildiyi “47 Ronin” filmində birgə çalışdığı rejissorun cəzasının yüngülləşdirilməsini xahiş edib:

“Mən Karl Rinsin yaxınlaşan məhkəmə hökmü ilə bağlı ona dəstək olmaq üçün sizə yazıram. Bu işin hüquqi təfərrüatlarını daxili olaraq bilmirəm. Amma Karl haqqında bildiklərimə əsaslanaraq onun adından yazmaq fürsətindən istifadə etmək istədim. Ümid edirəm ki, onun cəzası ədalətlə yanaşı, həm də humanizm, mərhəmət və güzəşt prinsipləri ilə yumşaldılacaq”.

Qeyd edək ki, prokurorluq orqanları iyunun 16-dək hakimə öz cəza təkliflərini təqdim edəcəklər.

Rejissorun “Netflix”ə 11 milyon dollar təzminat və əlavə olaraq 4,4 milyon dollar vəkil pulu ödəməsi gözlənilir.

Xatırladaq ki, 61 yaşlı ulduz izləyicilər tərəfindən daha çox “Con Uik” obrazı ilə tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

End of content

No more pages to load

RADİO