Şəfiqə Nağıyeva Elgizə niyə düşmən kəsilib? - VİDEO

Aparıcı Elgiz Əkbər vəkil Şəfiqə Nağıyevanın ona düşmən kəsildiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Elgiz aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verib. 

Aparıcı bildirib ki, vəkil onun arxasınca həqiqət olmayan sözlər danışır: 

“Bu xanım məndən küsüb. Allah şahiddir ki, ona hər zaman yaxşı olmuşam. Dəyərini, qiymətini bilmişəm. Sonra aramızda bu verilişdə anlaşılmazlıq oldu. İndi isə bu adam mənə düşmən kəsilib, hər yerdə arxamca danışır, özü də olmayan şeyləri danışır, bunların da hamısı gəlir qulağıma çatır.  Mən buna çox üzülürəm.

Sözün var, gəl üzümə de. Mən sənə "verilişimdən get" deməmişəm. Heç kimə "get" deməmişəm. Özü qərar verib, gedib. Belə şeylər nəyə lazımdır? Çox gülünc şeylər baş verib. Bu isə məni çox üzür. Sənə heç bir pisliyim dəyməyib, sənə yaxşılıqdan başqa heç nə etməmişəm. Söhbətimiz olmayıb, davamız düşməyib, bir-birimizi təhqir etməmişik, acı söz deməmişik. Ömrümüzün sonuna kimi bir yerdə olmalı deyilik ki…
Hər şeyi əvvəli kimi, sonu da olur. Sən hər yerdə  adamlar tutmusan, mən bunları çox gözəl başa düşürəm, uşaq deyiləm. 20 ilə yaxındır ki, səhnədəyəm. Sən də insanlarla çalışırsan. Sənə qarşı heç bir kinim-küdürətim yoxdur.

Mən də inciyə bilərəm, amma pislik arzulamaram, başqa-başqa fikirlər demərəm. Özü də sən gözəl bilirsən ki, haqqımda danışdığın şeyləri həmin adamlar gəlib çatdıracaqlar. Mən baş qoşmuram, gülürəm. Amma səbrim var və hər şeyin bir həddi var”. 

Ş.Nağıyevanı özünə dost-düşmən görmədiyini dönə-dönə vurğulayan Elgiz həmçinin çıxışında bildirib ki, qarşı tərəf yenə də onun verilişinə gəlsə, yenə də hörmətlə qarşılayacaq:    

“Birinci Allahını bil. Göydə Allah var. Böyüksən, yol göstərməlisən mənə. O səhvləri mən etsəm, deməlisən ki, etmə. Deyirsən ki, namaz qılıram, Allahın quluyam. Amma bunlar düz gəlmir bir-biri ilə. Danışmağa qalsa, mənim ağzımı yummaq olar? Allah göstərməsin. Amma bunu mən etmirəm, çünki hələlik səbr edirəm.

Yenə gəlsən, ayaq üstə qarşılayaram, hörmət göstərərəm. Sən məni niyə düşmən gözündə görürsən? Sənə nə etmişəm? İctimai şəkildə çıx de, sənə nə etmişəm? Mənə söz atmaq…

Neçə illər sən bu verilişdə oturmusan. İndi olduğun digər verilişlərdə başlayırsan mənim verilişimdə olan məsələlərdən danışmağa… İradlar tutur… Sən həmin an bu şeylər baş verəndə bəyəm verilişdə deyildin? Misal üçün, biz şou etmişik… Elə şounun ən birinci nümayəndəsi sən idin. İndi nə oldu, başlamısan arxamca nələrsə danışmağa?

Biz yenə də dostuq, səni düşmən gözümdə görmürəm. Sən verilişimdən gedəndən sonra biz bir neçə dəfə görüşdük də… Amma olmaz belə etmək. Lazım deyil… Göydə Allah var. Heç zaman heç kimin qəlbinə dəymərəm. Sabah gəl verilişimə, səni gül-çiçəklə qarşılayaram. Düşünmə ki, sənə pis münasibət göstərirəm və səni özümə düşmən görürəm”. 
Qeyd edək ki, bir müddət əvvəl “Elgizlə izlə” ictimai-sosial verilişində evlənmək üçün pənah gətirən şəxslə vəkil Şəfiqə Nağıyeva arasında qalmaqal yaşanıb. Əsəblərinə hakim kəsilə bilməyən vəkil həmin şəxsin hörmətsiz davranışlarına və nalayiq ifadələrə etiraz olaraq sözügedən verilişi birdəfəlik tərk edib. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

"İki seçimimiz var" - Emin Əmrullayev

"İki seçimimiz var" - Emin Əmrullayev

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

End of content

No more pages to load

RADİO