Bacısı Elzaya ÜSYAN ETDİ: “Nəslimizi geri saldı, bağışlamayacağam” - VİDEO

“Biz bir-birimizə heç nə deməmişik. Amma yox kimiyik. İstəyirəm, Elza gözümün içinə baxıb desin ki, bu ayrılıq nədən oldu? Kim itirdi ki? Mən yox, o, itirdi. Ona nə gəldi geyindirirlər, güldürürlər. Gah başına xoruz qoyur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın böyük bacısı Lalə Seyidcahan “Maqazin Plus” verilişinə müsahibəsində deyib. 

8 ildir küsülü olduğunu etiraf edən sənətçinin bacısı bildirib ki, hər zaman Elzanın “qulu” olub: 

“O bilir mən kiməm, ona görə də üzümə çıxmır. Elza bunlara görə mənə cavab verəcək. Mən evin, nəslin böyüyəm. Niyə bunu edir, bizdən qaçır? Axı hər şeyi onun üçün etdik. Rasimə, Mehriban xaricdən gələndə onun üçün paltarlar gətirirdilər. Biz bu oyundan çıxmadıq, Elza etdi. Gözümün içinə baxıb desin ki, bu nə oyundur? Bəsdir! Siyəzəndən xəbər gəldi ki, Elza xanım qurban kəsib, nəvəsi üçün, sizin payınız da bizdədir. Dedim, haradadır? Dedilər ki, Siyəzəndədir. Allahın adına kəsib, amma qurban ətindən ötrü Siyəzənə gəlim? Yenə də biz onun başını uca tuturuq. O dərəcədədir ki, sən qurban ətini mənə çatdırmaq istəmirsən.

Özü də Laləyə. Mən həmişə sənin qulun olmuşam, həmişə geyindirib-kecindirmişəm, bəzəmişəm, pul istəməmişəm, nələrsə tələb etməmişəm. Amma sən yoxsan. Bunun hesabını soruşacam. Ürək qırmaqdan pis nə var? Hər şeyi Allah bağışlayır. Ürəyin qırılmağını mən yaşadım. Ölsək də, can versək də, nə vaxtsa bir-birimizi çağıracağıq, onda ona deyəcəyəm, üz-üzə oturacağam”. 
O, bildirib ki, heç zaman bacısını bağışlamayacaq: 

“Onu bağışlamayacağam (ağlayır). Mən həmişə açıqlama verməkdən qaçmışam. Reklam xatirinə ağlamıram. Rasimə də efirə çıxmaq istəyir, getmir, deyir, sual verəcəklər. Deyirəm, Rasimə, nə vaxta qədər gizlənəcəyik? Axı işimiz budur, çörək qazanmalıyıq, irəli getməliyik. Deyir ki, axı soruşacaqlar, deyirəm, nələrisə danış.  

Lalənin sözlərinə görə, Elzanın rəfiqələri onunla aralarında olan münasibətlərə “zəhər” toxumları səpərək, hətta onunla salamlaşmağa belə icazə vermirlər: 

“Onun sözünə baxdığı adamlar da cavabsız qalmayacaq. O, bizim nəslimizi geri saldı. İrəli getməyi üçün çox şeylər etmişdik. Nəinki məni və digər bacılarını, hətta uşaqlarımızın da psixologiyasını pozdu. Onlar indi də anlamırlar ki, nə baş verir. Mənə, nəslimizə açıqlama ver! Bir özü, bir də bərbad geyinmləridir. Özü də qocalıb, mən burada işləyirəm, düz qarşımdan keçir. Güya telefonla danışır. Mən isə düz baxıram. Baxacağam da. Mənə salam vermir. Rəfiqələri buna icazə vermir. Bizim pullarımızla ona ev, maşın aldırırlar, xaricə köçürlər. O pulları tək qazanmayıb ki,… Biz 4 bacı birgə qazanmışıq. Elza elə-belədən Elza Seyidcahan olmadı”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

"İki seçimimiz var" - Emin Əmrullayev

"İki seçimimiz var" - Emin Əmrullayev

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

End of content

No more pages to load

RADİO