Nazpəri Dostəliyeva: “Şəhid balalar üçün ağlayıram” - VİDEO 

“Şəhid ailələrinin evində olmuşam, onlarla yaxından təmasda olmuşam. Onların acısını özümdən betər yaşamışam. Övladım dünyasını dəyişəndə sosial şəbəkədə yazdığım ilk sözlər: “Heç bir şəhid anasından artıq deyiləm”. Onlar vətən, topaq üçün canından, qanından keçdilər. Torpaqları düşmən tapdağından azad etdilər. Bizə, gələcək nəsilə nə boyda xoşbəxtlik bəxş etdilər. Gözü yolda qalan, torpaq üçün həyatını yaşaya-yaşaya həsrət çəkən yaşlı insanlara sevinc bəxş etdilər. Buna görə çox zaman öz övladıma deyil, şəhid balalar üçün ağlayıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Sənətçi bildirib ki, artıq bir neçə ildir ki, həm şəhidlərə həm də oğlu Əlinin vəfatına görə, bayramlar keçirmir:

“Polad Həşimovun anası ilə görüşəndə ona dedim ki, sizin dərdinizi bütün xalq paylaşır. Amma mən öz dərdimi içimdə, tək-tənha, yalnız bağa qaçıb, ağacların altında çəkirəm. Bunların hər ikisi çox çətindir. Amma şəhid anaları bilsinlər ki, biz heç zaman onları tək qoymadıq, onların yanında olduq. Onların dərdi bizim oldu. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı şəhidlərimizi görəndə evimdə bayram etmədim. Onda dünyasını dəyişən oğlum Əli sual verdi ki, ana sən niyə görə, şəkərbura, paxlava bişirmirsən?

Cavab verdim ki, bişirmərəm, bayram etmərəm. O, özü də bunu başa düşürdü, sadəcə əhvalımı qaldırmaq üçün belə sual verirdi. Hər il Novruz şirniyyatlarını evimdə özüm öz əllərimlə hazırlayırdım. O qədər dərindən və içdən yandım ki, hər zaman şəhid ailələrin yanında oldum. Və martın 22-si Novruz bayramında oğlum Əli heç nədən ürəktutmasından dünyasını dəyişdi”. 

Bir il əvvəl ürəktutmasından dünyasını dəyişən oğlundan söz açan N.Dostəliyeva onun son sözlərini dilə gətirib:  

“Əli son nəfəsinin olduğunu bilirdi. Uzanmışdı, mən də onun yanında oturub, başını qucaqlamışdım. Bilirdi ki, dünyasını dəyişir. Deyirdi ki, ana sən güclü qadınsan. Sən səhnəyə çıxmalısan. Sevənlərinin gözünü yolda qoyma. O bilirdi mənim güclü olduğumu, amma mən yox. Sonra isə dedi ki, ana haqqını mənə halal elə. Başa düşmədim o, niyə belə deyir. Ürəyimin döyüntüsünü o an eşidirdim, sanki ürəyim az qala ağzıma gəlirdi. Gəldim bacım Zeynəbə sual verdim ki, Əli niyə belə şeylər danışır?

Onda hamı bizdə idi. Onlar mənsiz həyacan içində Əliyə yaxınlaşdılar. Sonra isə mənə söylədilər ki, sən Əlinin yanına keçmə. Həkim briqadası və kardioloq da gəldi. Onu təcili xəstəxanaya aparacaqdıq. Həkim Əlini müayinə edib “Başınız sağolsun, Nazpəri xanım” söyləyib, çıxıb getdi.
Mən bu sözü heç cürə qəbul etmədim. İçəri girib onun üzünü bağlı görəndə başa düşdüm, ağlamadım. Sonra özüm-özümlə qalanda ürəyimdəki o qubarı çıxartdım. Amma bir şeyi bilirəm ki, dünyasını dəyişənlər cənnətdədir. Allah rəhmət eləsin. Məni ayaqda saxlayan insanların sevgisi oldu”. 

 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

"İki seçimimiz var" - Emin Əmrullayev

"İki seçimimiz var" - Emin Əmrullayev

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

End of content

No more pages to load

RADİO