Ramiz Novruzun qızı: “Məndə şizofreniyanın başlanğıc mərhələsi ola bilərdi“ - VİDEO

“Atamın ölümündən 40 gün keçib. Ailəmin bu günlər ərzində nələrdən keçdiyini bir Allah bilir. Bir üzümüz gülür, bir üzümüz ağlayır. Dostlarıma söz vermişəm, ağlamayacağam, dik duracağam. Çünki atam ölümündən bir gün əvvəl Prezident təqaüdü kartından 2500 manat çəkib verib ki, get işlərini həll et. Atam hər zaman istəyib ki, işlərim yüksəklərdə olsun”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ramiz Novruzun vizajist qızı Şəfəq Novruzova sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib. 

Mərhum sənətkarın qızı bildirib ki, saçlarımın kəsilməsi haqda dediklərim izləyicilər tərəfindən tənqidlə qarşılanıb. O, bu addımını psixoloji vəziyyətinin pis olması ilə əlaqələndirib:  

“Dünən saçımı kəsdirdiyim videonu paylaşdım. Mənə yazıblar ki, özünü öldürürsənsə öldür. Mənim psixologi durumum hələki yerindədir. Özünə qəsd edən insanın psixoloji durumu yerində olmur. Məndə şizofreniyanın başlanğıc mərhələsi ola bilərdi. Çünki saçı bu cür dibindən küt qayçı ilə necə gəldi kəsən şəxsdə bu xəstəliyin ilk mərhələsi ola bilər.

Amma psixoloji durumum o qədər də pis deyil ki, mənim kiçik yaşlı övladım ola-ola özümə qəsd edim. Yazdım ki, özümə qəsd etmək istəyərdim. Amma buna gücüm yoxdur. Elə güclü adam deyiləm. Atam qədər güclü deyiləm. O xəstə oldu, amma bir dəfə də olsun narazılığını bildirmədi”. 
Şəfəq vurğulayıb ki, onun atasının son halını ailəsindən başqa heç kim görməyib:  

“Biz sevgimizi atamıza hər zaman göstərmişik. Biz başqa övladlar kimi, öz atamızı verilişlərə çıxarıb ağlamadıq ki, atamızın əməliyyatı üçün kömək edin. Çox sağ olsun, ölkəmizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva. Onlar və Heydər Əliyev Fondu atamın müalicəsi üçün bizə yardım etdilər.

Bu bir il ərzində atamın müalicəsinə bir qəpik də olsa pul xərcləmədik. Amma səsimiz çatana qədər, artıq malımızı, mülkümüzü satmağa hazır idik ki, o, ayağa qalxsın. Onun o arıq və pis vəziyyətdə efirlərə çıxmasını istəmirdik. Siz elə bilirsiniz ki, atam “top” kimi rəhmətə getdi? Xeyr! Atamın vəziyyəti elə deyildi. Atamın səsi də nazikləşmişdi.
O, rəhmətə gedənə qədər xarizmasını qorudu. Ailəmizdən başqa heç kim atamın son vəziyyətini görmədi. Bununla mən fəxr edirəm. Atam da qürürlu idi, biz də qürürluyuq. Atamın dəfnini də dövlət üzərinə götürdü. 3-7 mərasimini də Heydər Əliyev məscidində dövlət etdi. Biz də 40 mərasimini və baş daşını atama layiq hazırladıq. Bu reklam deyil, bu atama qarşı hörmətdən irəli gəlir”. 

Ş.Novruzun sözlərinə görə, anası onun bu vəziyyətindən çox narahatdır:  

“Anam məndən çox narahatdır. Deyir ki, səndən gözüm su içmir. Anamı hər yerə gəzdirirdim. Atam anamı çox istəyirdi. Bir il anam durmadan atama baxdı. Bir tək anam qaldı. İmkan düşən kimi onu Türkiyəyə aparıb, “check-up”dan keçirəcəyəm. Anamı da bu vəziyyətdən çıxaracağam. Biz bir-birimizə dəstək olmalıyıq.

Qardaşım Cavidana da çox çətindir. O, atamla bir otaq yoldaşı olub. Cavidan onun otağına girib, tərli köynəklərini çəkib. Atamın iyi hələ də köynəklərinin üstündə qalıb. Bizim üçün çox çətindir. Onu unutmaq bizim üçün çox çətin olacaq. O gözəl aktyor, ata və insan olub”. 

Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən fevralın 20-si müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib.   
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Azərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Pulsuz hüquqi yardım göstərən vəkillərə ödəniləcək xidmət haqqı BƏLLİ OLDU

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Vergi Məcəlləsində DƏYİŞİKLİK – Kimlərin qazancından 10 faiz tutulacaq?

Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 4000 manatadək CƏRİMƏ OLUNACAQ

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

Bu gün Ajans.az xəbər portalının 2 yaşı tamam olur

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - Video

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Ağdamdan Kəlbəcərə yeni yol xətti – VİDEO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI

Serj Sarkisyana yeni cinayət işi açıldı

Serj Sarkisyana yeni cinayət işi açıldı

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır - Nazir

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Xankəndi Ultramarafonu bu tarixdə başlayacaq - 5 ölkədən 100 atlet iştirak edəcək

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

Bir uşağın gələcəyinə yazılan ilk imza: Müəllim yalnız dərs demir – Ülviyyə Fərhad YAZIR

"İki seçimimiz var" - Emin Əmrullayev

"İki seçimimiz var" - Emin Əmrullayev

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 5 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

End of content

No more pages to load

RADİO